Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən 24-27 iyun tarixlərində çimərlik ərazilərində növbəti monitorinqlər keçirilib, dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. ONN media xəbər verir ki, İdarənin direktoru Ərəstun Həsənov analizlərin nəticələrinin bundan əvvəl keçirilən monitorinqlərin nəticələri ilə eyni olduğunu deyib. O bildirib ki, bu dəfə də Bakı və Abşeron yarımadasında Bilgəh, Nardaran, Buzovna, Mərdəkan, Şüvəlan, Novxanı, Zaqulba, Pirşağı çimərlik ərazilərində dəniz suyu çimərlik məqsədilə istifadəyə yararlıdır, Türkan, Hövsan, Şıx, Sahil və Sumqayıt çimərliklərinin dəniz suyu isə mikrobioloji baxımdan çirkli olduğundan çimərlik üçün qənaətbəxş deyil. ETSN-nin rəsmisi Xəzərin şimal və cənub bölgələrində də monitorinqlərin aparıldığını qeyd edib: “Nəticələrə görə Xaçmazın Yalama, Seyidlər və İstisu (Müxtədir) çimərlik ərazilərində dəniz suyu istifadə üçün yararlı, Nabran ərazisinin dəniz suyu isə çimərlik məqsədilə qeyri qənaətbəxş hesab olunur. Lənkəran və Astara rayonları ərazisindəki çimərliklərdə dəniz suyunun tərkibi normalara uyğun olub həmin ərazilərdən çimərlik məqsədilə istifadəyə imkan verir". Ə.Həsənovun sözlərinə görə, hər həftə ETSN-in mütəxəssisləri çimərliklərdə monitorinqlər keçirəcək, dəniz suyundan nümunələr götürəcək və nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.
Çimərliklərdə monitorinqlərin nəticələri açıqlandı- VƏZİYYƏT NECƏDİR?



Bu çimərliklərə getməyin! - XƏBƏRDARLIQ
Xəzərdə ən çirkli çimərliklərin siyahısı açıqlandı
Bu çimərliklərin suyu çirklidir - NƏTİCƏ AÇIQLANDI
Bu çimərliklərdə suyun keyfiyyəti normaya uyğundur - SİYAHI
İstifadəyə yararsız çimərliklərin ADLARI açıqlandı
Çimərliklərdə monitorinqlər keçirildi
Bu çimərliklərdə çimmək olmaz! - DİQQƏT
Novxanı çimərliyində İYRƏNCLİK
Monitorinqlərin nəticələri AÇIQLANDI - Hansı çimərliklərdən istifadə etmək olmaz?
Bu çimərliklərdən istifadə edənlərin NƏZƏRİNƏ
Bu çimərliklərə getmək istəyənlərin nəzərinə
Bu tarixdən çimərlik mövsümü başlayır
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 