İyunun əvvəlində Ermənistan silahlı bölmələrinin Tərtər rayonu istiqamətində atəşkəs rejimini kobud surətdə pozaraq təxribat törətməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Xəlilov Elşən Vüqar oğlunun ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı bu gün şəhidin ailəsinə təqdim edilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONN media-ya bildiriblər ki, Gədəbəy şəhərində Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə nazirliyin rəsmiləri, Gədəbəy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gədəbəy rayon şöbəsinin əməkdaşları, hərbi qulluqçular, ziyalılar və şəhid ailələri üzvləri iştirak ediblər. Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Müdafiə nazirinin əmrini oxuyub və medalı şəhidin atası Vüqar Xəlilova təqdim edib. Şəhidin atası və anası “Vətən sağ olsun!” deyərək ölkə rəhbərliyinə, Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Şəhidin medalı ailəsinə təqdim edildi



Hərbi qulluqçumuz şəhid olub
Şəhidimiz dəfn olundu
Şəhid polkovnik dəfn olunub
Prezident şəhid generalın və polkovnikin ailəsinə ev verdi
Şəhid əsgər Səməd Alışov Qəbələ rayonunda dəfn edildi
Şəhid İlqar Mirzəyevin ailəsinə medal təqdim edildi
Zakir Həsənov şəhid general və polkovnikin ailələrini ziyarət etdi
Aprel döyüşlərinin iştirakçısına toy mərasimində BÖYÜK SÜRPRİZ
Ötən gün həlak olan hərbiçimiz dəfn edildi
Ordumuzun əsgəri şəhid oldu - MN
SON DƏQİQƏ: Şəhidimiz var
Şəhid Səddam Hüseynov dəfn olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 