“Ali təhsil haqqında” qanun layihəsinin hazırlanmasına rəsmi qərar verilib.
ONN media xəbər verir ki, bununla bağlı qərar iyulun 2-də parlamemtin Elm və təhsil komitəsinin jurnalistlər üçün geniş tərkibli olmayan iclasında verilib.
Adıçəkilən komitənin üzvü, BDU-nun professoru Kamilə Əliyevanın saytımıza bildirdiyinə görə isə iclasda təhsil sistemi üçün çox önəmli rol oynayacaq “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupunun yaradılmasına razılıq verib.
Onun sözlərinə görə, Təhsil Nazirliyinin və təhsil mütəxəssislərinin də qatıldığı iclasda parlamentin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli İşçi Qrupunun rəhbəri, millət vəkili, professor Bəxtiyar Əliyev və təhsil nazirinin müavini İdris İsayev isə müavinlər seçiliblər.
“Həmçinin, komitə üzvlərindən mən, o cümlədən, Pərvin Kərimzadə, Musa Qasımlı və digərləri İşçi Qrupunun üzvləri seçildik. İşçi Qrupu üzvləri də yay ayları, tətil olmasına baxmayaraq, bu müddət ərzində qanun layihəsinin geniş hazırlıqlarına başlayacaq və payız sessiyasının başlanmasına, sentyabrın 15-nə kimi də onun ilkin variantını hazırlayıb, adıçəkilən komitənin iclasının müzakirəsinə təqdim edəcəklər.
Komitəmizdə ilkin müzakirələrdən sonra isə çox güman ki, qanun layihəsi MM-in 2019-cu il payız sessiyasının qanunvericilik işləri planına daxil ediləcək, həm də plenar iclasa tövsiyə olunacaq. Ali təhsil müəssisəsinin işçisi, elm adamı kimi hesab edirəm ki, belə bir qanun layihəsi olduqca vacibdir. Onun müzakirəsi və qəbul təhsil sistemimizin, ali təhsilimizin inkişafına öz müsbət və mütləq töhfələrini verəcək.
Bununla həm də təhsillə bağlı qanunları bir növ yekinlaşdırmış olacağıq. Çünki təhsillə bağlı demək olar ki, bütün qanunlar qəbul olunub və qüvvədir”-deyə, K. Əliyeva sözlərinə əlavə edib.



Ali təhsillə bağlı qanun layihəsi parlamentdə
Ali təhsillə bağlı YENİ QANUN OLACAQ
Azərbaycanda ali təhsil səviyyəsində ortaq diplom veriləcək
Ölkədə bu şəxslərə də təqaüd veriləcək
Azərbaycanda bu şəxslərə ŞAD XƏBƏR
MM 2 işçi qrupuna yeni rəhbərlər seçdi
Təhsil Nazirliyinin kollegiyasında dəyişiklik
Əli Əsədov Təhsil Nazirliyi ilə bağlı QƏRAR İMZALADI
"Qarabağ" universitetinin tələbələri təqaüd alacaq?
Məktəblərdə vahid geyim formaları tətbiq ediləcək
Sağlamlıq imkanları məhdud şəxslərin təhsili ilə bağlı YENİLİK
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 