İyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 47 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 44 mindən çoxu isə elektron ərizəsini təsdiqləyib. Təhsil Nazirliyindən ONN media -ya verilən məlumata görə, müsabiqəyə elektron sənəd qəbulu iyulun 3-də başa çatacaq. Namizədlər elektron qeydiyyatdan keçərkən ərizələrində müsabiqədə iştirak növünü qeyd etməlidirlər. Belə ki, ötənilki müsabiqəyə qatılmış şəxslər həmin nəticələri ilə birbaşa vakansiya seçimində və ya bu il yenidən müsabiqənin test imtahanı mərhələsində iştirak edə bilərlər. Həmçinin ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər. Qeyd edək ki, elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq.
Müəllim olmaq istəyənlərin nəzərinə - SON 1 GÜN



Müəllimlərin nəzərinə: bu tarixdən sənəd qəbulu başlayır
Müəllim olmaq istəyənlərin DİQQƏTİNƏ
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ
Bu gündən sənəd qəbulu BAŞLAYIR
Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirməyə start verilir
Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başlayır
Müəllimə işləmək istəyənlərin DİQQƏTİNƏ
DİQQƏT - Seçim bu gün başa çatır
DİQQƏT- Vakansiya seçimi bu gün başa çatır
Müəllim olmaq istəyənlərin nəzərinə!
DİQQƏT- Müəllimlərin vakansiya seçimi başladı
Müəllimlərin diqqətinə- Müsabiqə başlanır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 