Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Belarusda səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 2-də Minskdəki şəhər klinik xəstəxanasında müalicə alan Azərbaycanın Milli Qəhrəmanı, mayor Anatoli Davidoviçin anası xanım Kima Davidoviçi ziyarət edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, K.Davidoviçin səhhəti və müalicə prosesi ilə maraqlanan Müdafiə naziri gül dəstəsi və Azərbaycandan gətirilən sovqatı ona təqdim edərək tezliklə sağalmasını arzulayıb. Xəstəxananın baş həkimi və müalicəni həyata keçirən tibbi personalı ilə görüşən Müdafiə naziri K.Davidoviçin müalicəsinə dair bütün xərclərin Azərbaycan tərəfinin öz üzərinə götürdüyünü bildirib. Milli Qəhrəman mayor A.Davidoviçin qəhrəmanlığının Azərbaycan və Belarus xalqları arasında dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirdiyi, xatirəsinin isə hər iki ölkədə daim ehtiramla yad olunduğu bir daha qeyd edilib. Qəhrəmanın anası onu ziyarət edərək səhhəti ilə maraqlandığına və oğlunun xatirəsinə göstərilən ehtirama görə Azərbaycanın Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə, eləcə də ölkəmizin Belarusdakı səfirliyi və hərbi attaşelik aparatının əməkdaşlarına minnətdarlığını ifadə edib.
Nazir Milli Qəhrəman Anatoli Davidoviçin anasını ziyarət etdi



Zakir Həsənov Belarusa gedir
Zakir Həsənov yaralı hərbiçilərimizlə görüşdü
Zakir Həsənov şəhid general və polkovnikin ailələrini ziyarət etdi
Prezident şəhid generalın və polkovnikin ailəsinə ev verdi
Zakir Həsənov hospitalda
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində
Zakir Həsənov İran Prezidenti ilə görüşüb
Belarusun müdafiə naziri Azərbaycana gəlib
Həsənov Ali Baş Komandanın təbriklərini hərbçilərə çatdırdı
Nazir müalicə olunan hərbiçilərə baş çəkdi
Zakir Həsənov Bayraktaroğlu ilə görüşdü
Zakir Həsənov Pakistanlı həmkarı ilə görüşdü
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 