Müdafiə Nazirliyinin rəhbər heyəti nazirliyin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçuları ziyarət edib.
Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib. Ulu Öndərin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nazirliyin rəhbər heyəti hospitalda müalicə olunan hərbi qulluqçulara baş çəkib, onların səhhəti ilə maraqlanaraq bayram hədiyyələri təqdim edib, ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.
Nazir general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.
Müdafiə nazirinə məruzə olunub ki, hospitalda hərbçilərimizin müayinə və müalicəsi üçün tibbi personal yüksək peşəkarlıqla fəaliyyət göstərir.
Tibb işçiləri ilə görüşən nazir onları da bayram münasibətilə təbrik edib, müayinə və müalicə olunan hərbi qulluqçulara daha keyfiyyətli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Hərbi hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular yaradılan şəraitə, eləcə də göstərilən hərtərəfli diqqət və qayğıya görə Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər



Zakir Həsənov yaralı hərbiçilərimizlə görüşdü
Zakir Həsənov hərbi hospitalda - VİDEO
Həsənov Ali Baş Komandanın təbriklərini hərbçilərə çatdırdı
Zakir Həsənov hərbi hospitalda
Zakir Həsənov hospitalda
Zakir Həsənov Novruz bayramı münasibətilə hərbi hospitala getdi
Müdafiə Nazirliyinin rəhbərliyi cəbhə bölgəsində
Zakir Həsənov hospitalda müalicə olunan hərbçilərə baş çəkib
Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi
Polad Həşimovun məzarı ziyarət edildi
Orduda Qurban Bayramı belə qeyd olundu
Ordumuzda Qurban bayramı qeyd olundu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 