Daxili İşlər nazirinin birinci müavini təyin olunan Seyfulla Əzimovun təyinatı Prezident İlham Əliyevin sərəncamı ilə baş tutan kadr dəyişikliyinin nəticəsi idi. Belə ki, bir neçə gün öncə prezidentin imzaladığı sərəncam ilə general-polkovnik Ramil Usubov Daxili İşlər vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi təyin edildi. Digər sərəncam ilə Daxili İşlər nazirinin birinci müavini olan Vilayət Eyvazov Daxili İşlər naziri təyin edildi. Bu günə kimi Daxili İşlər nazirinin birinci müavini postu boş idi. Bu gün prezidentin sərəncamı ilə Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimov Daxili İşlər nazrinin birinci müavini təyin edildi. Anews.az əldə etdiyi məlumata görə, onun adı qubalılara daha çox tanış olsa da, Əzimovun ulduzu ADNA-da 2009-cu ildə baş verən terror hadisəsindən sonra parlamağa başlayıb. O, həmin vaxt Nəsimi Rayon 22-ci polis bölməsinin rəisi olub. Hadisəni eşidən kimi ADNA-ya gələn ilk səlahiyyətli şəxslərdən olub. Onun akademiyada avtomatla yoxlama apardığını əks etdirən kadrlar da var. Qısa müddətdən sonra Əzimov Ramil Usubovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin rəis müavini təyin olunur. Bir müddətdən sonra 2011-ci ildə S. Əzimov müavinlikdən rəis vəzifəsinə qalxır. O, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alır. Üç ildən sonra isə ona daha böyük post - Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi ("Bandotdel") etibar olunur. / Anews
Seyfulla Əzimov kimdir? - DOSYE



Daxili işlər nazirinin 1-ci müavini kim olacaq?
Azərbaycanın yeni daxili işlər naziri təyin edildi
Vilayət Eyvazovdan YENİ TƏYİNATLAR
Ramil Usubov kollektivlə vidalaşdı, Vilayət Eyvazov təqdim edildi
İlham Əliyev 3 DİN əməkdaşına general rüstbəsi verdi (SƏRƏNCAM)
Daxili İşlər nazirindən daha bir TƏYİNAT
Vilayət Eyvazovdan generalın yerinə TƏYİNAT
Yeni Daxili işlər naziri Vilayət Eyvazov kimdir?
Vilayət Eyvazovdan YENİ TƏYİNAT
Vilayət Eyvazov polkovniki yüksək vəzifəyə təyin etdi
Polis rəisi yeni vəzifəyə təyin edildi
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 