Prezident İlham Əliyev Azərbaycan xalqını Şəkinin UNESKO-nun Dünya İrs Siyahısına salınması münasibətilə təbrik edib.
Prezidentin təbrikində bunlar qeyd edilib:
“Bu gün Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.
Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınıb. Unikal abidələrlə zəngin Şəki şəhərinin tarixi hissəsinin mühafizəsi və inkişafı daim dövlətin diqqətində saxlanılıb.
Son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Qeyd edilməlidir ki, bu fəaliyyətlər beynəlxalq təşkilatlarla, xüsusən dünya mədəniyyəti, təhsili və elminə məsul olan UNESKO ilə sıx əməkdaşlıq şəraitində gerçəkləşdirilir. Təsadüfi deyil ki, “İçərişəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi”, “Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESKO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESKO-nun qeyri-maddi mədəni irs siyahısında yer alır. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır.
Əziz həmvətənlər,
Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur.
UNESKO tərəfindən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya İrsi elan edilməsi münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm.
Prezident Şəki Xan Sarayı ilə bağlı xalqı təbrik etdi



Şəkiyə UNESKO-nun sertifikatı təqdim olundu
Mehriban Əliyeva Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılışında
“Son 5 ildə Azərbaycanda...” - Mehriban Əliyeva
Əbülfəs Qarayev UNESKO-nun baş direktoru ilə görüşdü
Prezident bu şəxsləri fəxri diplomla təltif etdi
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Bu gün muzey və tarixi yerlərə giriş pulsuz olacaq
Əhalinin diqqətinə: Aprelin 18-də ÖDƏNİŞSİZ OLACAQ
Əbülfəs Qarayev Edmond Ademi ilə görüşdü
Dünya irsinin bu nümunələri təhlükədədir – SİYAHI
Əfsanəvi Babil şəhəri haqqında qərar verildi
Mehriban Əliyeva: “Sülh mədəniyyətinin toxumları yalnız dialoq və qarşılıqlı hörmət vasitəsilə cücərə bilər”
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 