İstanbul Suriyada təhlükəsiz bölgənin qurulması üçün 2 kritik zirvəyə ev sahibliyi edəcək. Gələn ay Rusiya prezidenti Vladimir Putin iranlı həmkarı Həsən Ruhani ilə birlikdə Türkiyəyə səfər edəcək. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi zirvəsi formatında qonaq edəcəyi həmkarlarına təhlükəsiz bölgənin əhəmiyyətini şəxsən özü izah edəcək. Görüşdə həmçinin Suriyadakı son vəziyyət, Astana formatı və İdlibin taleyi müzakirə ediləcək. Türkiyənin təhlükəsiz bölgə təklifinə hər iki dövlətdən dəstək istənəcək. Astana formatı da davam edəcək Yenə Türkiyə, İran və Rusiyanın təşəbbüsləri ilə başladılan Suriya mövzulu Astana formatı bu ay qaldığı yerdən davam edəcək. 3 ölkənin nümayəndələri Qazaxıstanın paytaxtı Nur-Sultanda 13-cü dəfə görüşəcək. Başda konsitutsiya komitəsi olmaqla, Suriya məsələsi müzakirə ediləcək. Texniki heyətin də iştirak edəcəyi zirvədə İdlib Gərginliyi Azaltma Bölgəsi, əsir və girovların taleyi, blokada altındakı bölgələrə humanitar yardımların problemsiz çatdırılması gündəm olacaq. 4-lü zirvə Türkiyənin avqustun sonu, sentyabrın əvvəllərində daha bir zirvəyə ev sahibliyi etməsi gözlənilir. Ötən il İstanbulda baş tutan və Rusiya, Fransa, Almaniyanın iştirakı ilə keçirilən Suriya zirvəsinin ikincisinin gerçəkləşdirilməsi üçün hazırlıqlar görülür. Suriya məsələsinin genişmiqyaslı şəkildə müzakirəsi planlaşdırılan zirvədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa lideri Emmanuel Makron fikir alış-verişi edəcək. Liderlər Suriyanın suverenliyi, müstəqilliyi, birliyi və ərazi bütövlüyünü pozan İŞİD və Əl-Qaidə təşkilatları ilə bağlı bütün qurumlar, qruplar, şəxslər, təşəbbüslərin aradan qaldırılması məqsədilə terrorla mübarizədə qətiyyətlərini ortaya qoyacaqlar.
4 ölkə gələn ay BAŞLAYACAQ- NƏ BAŞ VERİR?



Bu gün Türkiyə, Rusiya və İran XİN rəhbərləri görüşəcək
Ərdoğan yenidən Rusiyaya gedəcək
Ərdoğan Rusiyaya səfər edəcək
Rusiya və İran XİN başçıları Türkiyəyə səfər edir
Ərdoğan və Putin arasında razılıq əldə edildi
Həsən Ruhani Rusiyaya səfər edəcək
Putin, Ərdoğan və Ruhani birgə bəyanatla çıxış edəcəklər
Ankarada liderlərdən kritik mesajlar
Putin və Ərdoğan arasında telefon danışığı olub- Nə müzakirə olundu?
Suriyadan “Sülh çeşməsi”nə dəstək
Putin İrana səfər edəcək
Rusiya, Türkiyə və İran liderləri Ankaraya toplaşır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 