ONN media xəbər verir ki, ötən bazar günü iyunun 7-də İranın mülki müdafiə Təşkilatının komandanı general Qulam Rza Cəlali ABŞ prezidenti Donald Trampdan “məhdud hərbi əməliyyatlar” barədə xəbərdarlıq aldıqlarını təsdiqləyib.
Generalın sözlərinə görə ABŞ pilotsuz təyyarəsinin vurulmasından sonra “sifətini saxlamaq” üçün İrana qarşı məhdud hərbi əməliyyat həyata keçirmək istəyirdi.
“Onların pilotsuz təyyarəsi vurulandan sonra Birləşmiş Ştatlar bizə diplomatik vasitəçilərlə xəbər göndərdilər ki, onlar sifətlərini saxlamaq üçün İranın əhəmiyyətsiz və səhralıq rayonunda məhdud hərbi əməliyyat keçirmək istəyirlər. Və bizdən xahiş etdilər ki, onlara cavab verməyək, amma İran bəyan etdi ki, istənilən əməliyyatı müharibənin başlanması kimi qiymətləndirəcək”,-briqada generalı Qulam Rza Cəlali deyib.
ABŞ-ın "Global Hawk" strateji pilotsuz kəşfiyyat təyyarəsi iyun ayında Hörmüz boğazı üzərində İslam Keşikçiləri Korpusu tərəfindən vurulub. İran bəyan edib ki, təyyarə ölkənin hava sərhədlərini pozub. ABŞ isə təyyarənin beynəlxalq hava məkanında vurulduğunu bildirib.
Bu insidentdən sonra məlum olub ki, prezident Donald Tramp İranın üç hərbi obyektinə məhdud hava zərbələrinin endirilməsini əmr edib. Amma hava zərbələrinin başlamasına cəmi 10 dəqiqə qalmış Tramp qərarı təxirə salıb. Daha sonra ABŞ prezidenti bunu belə əsaslandırıb ki, hava zərbələri nəticəsində azı 150 iranlının öləcəyi haqda ona məruzə ediblər. Və pilotsuz aparata görə bu qədər adamın ölməsini məqbul hesab etməyib və əmri təxirə salıb.



ABŞ İranın daha bir texnikasını vurdu - DÜNYA ŞOKDA
ABŞ aviaşirkətlərinə İran üzərindən uçuşlar qadağan edildi- NƏ BAŞ VERİR?
ABŞ İran-a məxsus PUA-nı vurdu
İsrail İrana qarşı hərbi əməliyyata başladı
İran ABŞ-a məxsus PUA-nı vurub
SON DƏQİQƏ: İran Ermənistanın hərbi texnikasını MƏHV ETDİ
İrandan Qarabağ açıqlaması
Aİ İrana bununla bağlı sanksiya tətbiq etdi
İran ABŞ hərbi texnikasını vurdu, Vaşinqton cavab verdi – Müharibə BAŞLAYIR?
SON DƏQİQƏ: İran Rusiyaya PUA verdiyini etiraf etdi
İsrail İrana XƏBƏRDARLIQ ETDİ
İran pis əməllərindən niyə əl çəkmir?- Yenidən...
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır?
Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi
Sürücülük vəsiqəsi ilə bağlı YENİLİK 