Əmək pensiyalarının minimum məbləğinin artırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisdə qəbul edilib. ONN media xəbər verir ki, qanun layihəsini iqtisadiyyat və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli təqdim edib. Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”. Deputat Qüdrət Həsənquliyev qanun layihəsinin müzakirəsi zamanı təkliflə çıxış edib: “Qanun çox mütərəqqidir. Amma burada indeksləşmə məsələsi var ki, ildə bir dəfə nəzərdə tutulur. Hesab edirəm ki, payız sessiyasında bu məsələyə yenidən baxa bilərik. Çünki Azərbaycanda 2015-ci ildə 2 dəfə devalvasiya oldu. Təbii ki, istəməzdik ki, manat nə vaxtsa yenə ucuzlaşsın. Amma biz qanunverici orqan olaraq bütün məsələləri nəzərə almalıyıq. İlin əvvəlində indeksləşmədən sonra manat ucuzlaşarsa və ya inflyasiya baş verərsə, aztəminatlı, penisya və sosial yardım alan əhali gözləməlidir ki, ilin sonunda indeksləşmə olacaq? Ona görə də hesab edirəm ki, indeksləşməni ildə bir dəfə yox, hər ay etmək lazımdır. Aidiyyəti qurumlar nə iş görür ki? İndeksləşməni hər ay aparmaq problem yaratmaz”.
Əmək pensiyaları artırıldı



Əmək pensiyaları artırılır –Minimum 200 manat olacaq
Pensiyalarla bağlı qanunvericiliyə dəyişiklik edilir
Əmək pensiyaları ilə bağlı xəbər var
Əmək pensiyasının minimum məbləği artırıldı - SƏRƏNCAM
Pensiyaçılara ŞAD XƏBƏR: ARTIRILIR
Sabahın havası açıqlandı
Pensiyalar daha çox artırıla bilər?
Pensiyalarla bağlı daha bir YENİLİK
Azərbaycanda minimum pensiyanın məbləği qaldırılır - MƏBLƏĞ
Nazirdən ŞAD XƏBƏR- Gələn aydan...
Türkiyədə minimum əmək haqqı artdı
Əmək pensiyalarının artırılması TƏKLİF EDİLİR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 