Masallı rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən 17 yaşlı Əlizahir Atalı oğlu Tağıyevin anasının intihar etməsi ilə bağlı məlumat yayılıb. Məlumata görə, ana sözügedən qəzada yaralanan qızı 1995-ci il təvəllüdlü Miranə Tağıyevanın yerləşdirildiyi xəstəxanada özünü öldürüb. Yayılan məlumatın həqiqətə uyğun olub-olmadığnı müəyyənləşdirmək üçün yaralı M.Tağıyevanın yerləşdirildiyi deyilən xəstəxana ilə əlaqə saxladıq. Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi ONN media-ya açıqlamasında qəzada yaralanan M.Tağıyevanın Masallı xəstəxanasında yatmaqdan imtina etdiyini bildirdi. Xəstəxananın qəbul şöbəsinin əməkdaşı isə bildirdi ki, onlara bu adda yaralı yerləşdirilməyib: “Minarə Tağıyeva və ailəsi başqa xəstəxanada müalicə olunmaq istədiyini bildirmişdi. O səbəbdən Lerik Rayon Mərkəzi Xəstəxanasına getdilər. Anasının intiharı ilə bağlı yayılan məlumatı mətbuatdan eşitmişik”. Lerik Rayon Mərkəzi Xəstəxanasından da bildirdilər ki, həmin xəstə ora müraciət etməyib. Yaralı halda olan M.Tağıyevanın qəzada dünyasını dəyişən qardaşı Ə.Tağıyevin meyiti Lənkəran rayon morquna aparıldığı üçün o da həmin rayon xəstəxanasına gedib. Yaralı xanımın anasının intiharından Lerik RMX-da da heç bir məlumatın olmadığını bildirdilər. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının qəbul şöbəsindən isə bildirdilər ki, M.Tağıyeva adlı yaralı ilkin yardım üçün xəstəxanaya gəlib. Lakin vəziyyəti yaxşı olduğu üçün xəstəxanaya yerləşdirilməyib: “Minarə Tağıyevanın yaraları ağır deyildi. Bu səbəbdən xəstəxanada yatmaqdan imtina etdi. Lakin qardaşı dünyasını dəyişdiyi üçün yaxşı halda deyildi. Sakitləşdirmək üçün iynə vurub bir qədər yatızdırdılar. İlkin yardım göstəriləndən sonra xəstəxanadan ayrıldı. Onlar uşaq morqa yerləşdirildiyi üçün burada idilər. Xəstəxanada intihar hadisəsi olmayıb”. Xatırladaq ki, iyulun 9-da Masallı rayonunda yük maşını ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub. Qəzada səkkiz nəfər ölüb. İki nəfər isə ağır xəsarət alıb. Əlizahir Tağıyevin anasının qızının yatdığı xəstəxanada intihar edərək, həyatına son qoyması barədə məlumatı Oxu.az ailənin yaxınlarına istinadla yayıb.
Dəhşətli qəzada oğlunu itirən ana intihar etdi? – Açıqlama



Azərbaycanda məmur ÖZÜNÜ GÜLLƏLƏYİB ÖLDÜRDÜ
Bakıda daha bir İNTİHAR OLAYI: Qadın özünü xəstəxana binasından atdı
Azərbaycanda polis əməkdaşları qəzaya düşdü: Ölən və yaralanan var - YENİLƏNİB
Azərbaycanda daha bir həkim koronavirusdan öldü
Göygöldə dəhşətli qəzada ölən və yaralananların adları məlum oldu
Masallıda ağır yol qəzasında 8 nəfər ölüb
Azərbaycanda vəzifəli şəxs intihar etdi - DƏHŞƏT
Heydər Əliyev prospektində dəhşətli hadisə - 10 yaşlı qız öldü
Əməliyyat zamanı yaşlı qadın öldü
"Azərişıq" ASC-nin üç əməkdaşı güllələndi - SON DƏQİQƏ
Goranboyda ağır qəza - ÖLƏN VƏ YARALANAN VAR
Azərbaycanda qanlı dava - Ölən və yaralanan var
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 