“FaceApp proqramı vasitəsilə insanların sosial şəbəkədə “qocalıq” fotolarını paylaşması nə qədər əyləncəli görünsə də, bu “əyləncə”nin arxasında bir təhlükə də var. Medalın görünməyən tərəfində sosial şəbəkə istifadəçisinin şəxsi məlumatlarının ələ keçirilməsi, üçüncü tərəfə ötürülməsi və reklam məqsədilə istifadə edilməsi halları var”. ONN media xəbər verir ki, bunu türk araşdırmaçı-jurnalist Ahmet Can deyib. Araşdırmaçı FaceApp internet proqramının 2017-ci ildə Wireless Lab adlı bir rus şirkəti tərəfindən yaradıldığını bildirib: “Buna ən sadə dillə “qocaltma proqramı” da deyə bilərik. Fotolarla özünü “gəncləşdirmə” və “qocaltma” kimi bir özəlliyi olan bu proqram vasitəsilə pulsuz əylənə bilərsiniz, elə buna görə də bir neçə gündür sosial şəbəkədə trendə çevrilib. Google necə sizə öz axtarış sistemi ilə pulsuz istədiyiniz məlumata çatdırırsa, FaceApp da bunun kiçik formasıdır. Yəni sizin məlumatlarınızı alır və bu məlumatları üçüncü tərəfə - reklam verənlərə ötürür. Yəni, burada məlumat mübadiləsi çəkilən fotolarla məhdudlaşmır”. Ahmet Can FaceApp proqramında sosial şəbəkə istifadəçisinin nəzərindən qaçan “Məxfilik anlaşması”nın olduğuna diqqət çəkib: “Proqrama verdiyiniz icazələrdən əldə edilən məlumatların necə istifadə olunduğu “Məxfilik anlaşması”nda yazılır. Bir neçə maddə var ki, bunlar siz əylənərkən əldə olunan məlumatların hansı məqsədlər üçün istifadə edildiyini göstərir. FaceApp ələ keçirdiyi məlumatları FaceApp-a daxil olan və onunla əməkdaşlıq edən şirkətlərlə bölüşür. Həmin şirkətlər bu məlumatları öz xidmətləri üçün istifadə edir. Proqramdan istifadə edənlər eyni zamanda, avtomatik olaraq xidmətdə iştirak edən üçüncü tərəfə, yəni hansısa sosial şəbəkə istifadəçisinə ötürülməsinə icazə verir”.(Teleqraf.com)
Sosial şəbəkədə “qocalıq” trendi: Əyləncəli görünən təhlükəli FaceApp/Şok faktlar



“FaceApp” iddialara cavab verdi
Məşhur cütlükdən orijinal FaceApp
Türk Hava Yolları pulsuz bilet paylayır – Aldanmayın!
“TikTok”dan şəxsi məlumatlar oğurlandı
Bu sosial şəbəkə istifadəçilərinə BƏD XƏBƏR - Fəaliyyəti dayandırılır
Əməliyyat olunmasaydılar, bu gün belə görünərdilər -MARAQLI FOTOLAR
VPN istifadə edənləri nə gözləyir?
Sosial şəbəkədə şantaj edən şəxs ələ keçdi
Məşhur sosial şəbəkə bağlanır
Millət vəkili: "Sosial şəbəkə sosial media deyil"
OBA marketdə sabah istehsal olunacaq yumurta bu gün satılır — FOTOFAKT
Mark Zukerberqi cəzalandırıldı - SƏBƏB?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 