3500-cü ildən gəldiyini iddia edən bir qadının dediyi sözlər hər kəsi təəccübləndirib. ONN media xəbər verir ki, adının Mari olduğunu söyləyən qadın hansı ölkədən olduğunu "həyati təhlükə" səbəbindən deməyəcəyini bildirib. Mari 18 yaşında olarkən Fransanın paytaxtı Parisdə professor Paul Martuksun ona laboratoriyada iş təklif etdiyini bildirib. Marinin iddiasına görə, laboratoriyada ancaq xüsusi şəxslərin girə biləcəyi bir otaq olub və o, bu gizli otağa girmək icazəsi verən bir kart əldə edib. Onun sözlərinə görə, bir gün professor onu bu otaqda görərkən əsəbləşir və sirləri ona açmağa məcbur olur. Mari Paulun bu gizli otaqda "zaman maşını” hazırladığını söyləyib. O, "zaman maşını”nın polad stula oxşadığını bildirib. "Zaman maşını”nın 1970-ci illərdə icad edildiyini bildirən Mari qeyd edib ki, bu texnologiyanın dünya əhalisindən gizlədilməsi üçün bir protokol imzalanıb. O, laboratoriyadakı bu cihazla hərbi və siyasi məqsədlər üçün gələcəyə adam göndərildiyini iddia edib. 1 il "zaman maşını”nın sirlərini öyrəndikdən sonra gələcəyə getmək istəyən Marinin xahişi qəbul olunub. Onun 3500-cü ilə getməsi qərara alınıb. Daha əvvəl ən uzağı 2900-cü ilə gedildiyini bildirən Mari bunun böyük risk olduğunu vurğulayıb. 2900-cü ilin cənnət kimi bir zaman olduğunu söyləyən Mari 3500-cü ili cəhənnəm kimi xarakterizə edir və o tarixdə böyük bir savaşın baş verdiyini bildirib. Andromeda Qalaktikasından gələn yadplanetlilərin Yer kürəsinə hücum etdiyini önə sürən Mari 3500-cü ildə bir il qaldığını, yadplanetlilər qarşı döyüşən bir qrupa qatıldığını və yadplanetlilər tərəfindən əsir alındığını iddia edib. 7 gün öncə gələcəkdən gəldiyini bildirən Mari yadplanetlilərdən hamilə qaldığını və 5 ay ərzində yarı insan, yarı yadplanetli bir canlı dünyaya gətirəcəyini deyib. O, buna görə çarəsiz olduğunu bildirib. Mari məsələ ilə əlaqədar yeni açıqlamalar verəcəyini vurğulayıb.
Qadın yadplanetlidən hamilə qalıb - sensasion iddia



2030-cu ildən gəldiyini iddia edən adamın proqnozları bir-bir gerçək olur?
Məşhur aktrisa DÜNYASINI DƏYİŞDİ
"Gələcəkdən gələn" adam...- İnanaq, inanmayaq?
Dünyada ən çox dinlənilən qadın müğənnilər – SİYAHI
Mehriban Əliyeva xanım səfirlə görüşdü
Ermənipərəst deputat cəzalandırıldı - Fransada
Hamilə olduğunu bilməyən qadın 7 kilometr qaçdı, uşağı DOĞULDU
O xərçəngə belə qalib gəldi
Marsdan gələn uşaq - Ölkə şokdadır
10 oğlu olan qadının qızı doğuldu - FOTO
Müəllim 7 yaşlı uşağa işgəncə verdi, ölkə ayağa qalxdı
16 yaşında milyonçu olmuşdu - Son halı görənləri təəccübləndirdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 