Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov 22 iyul Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik edib.
ONN media xəbər verir ki, Baş nazir bu barədə sosial şəbəkələrdə paylaşım edib:
“144 yaşını qeyd edən milli mətbuatımızın ilk nümunəsi 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış və ictimai maarifçiliyi hədəfləmiş “Əkinçi” qəzetindən əsasını götürüb. O vaxtdan keşməkeşli yol keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb. Müasir Azərbaycan mətbuatı isə ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərinə uyğun olaraq, öz inkişaf dövrünü yaşayır.
Azərbaycan mətbuatının mili mənəvi dəyərlərin təşviqi, gənc nəslin vətənpərvər ruhda böyüməsi və eləcə də ölkəmizin xarici siyasət maraqlarına aid olan məsələlər, xüsusilə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması və milli informasiya təhlükəsizliyimizin təmin olunmasında müstəsna xidməti vardır. Bütün media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edir, onlara cansağlığı, məsuliyyətli işlərində daim uğurlar arzulayıram”, - təbrikdə qeyd edilib.



Azərbaycan Milli Mətbuatının 143 yaşı olur
Çətin və şərəfli yol keçən Azərbaycan mətbuatının 149 yaşı tamam olur
İlham Əliyev jurnalistləri təbrik edib
Nazir: Dövlətimiz mətbuatın inkişafına hərtərəfli şərait yaradıb
Mətbuat nümayəndələri Fəxri xiyabanda
“Azərbaycan çox güclü islahatlar dövrünü yaşayır” – Novruz Məmmədov
"Əkinçi"dən bu günə - Azərbaycan mətbuatı 145 yaşında
Bu gün Azərbaycan milli mətbuatının 144 yaşı tamam olur
Prezidentdən Milli Mətbuat Günü ilə bağlı PAYLAŞIM
Azərbaycan Prezidenti jurnalistləri belə təbrik etdi
Prezident jurnalistlərlə bağlı SƏRƏNCAM verdi
"Mətbuatın rolu əvəzsizdir"
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 