Prezident İlham Əliyev Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Vergilər Nazirliyinin strukturu təsdiq edilir. Vergilər Nazirliyinin strukturuna daxil olan qurumlar: Milli Gəlirlər Baş İdarəsi; Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi; İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi; Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi; Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi; Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə; Çağrı Mərkəzi (baş idarə səlahiyyətli); yerli bölmələr (baş idarələr, idarələr və şöbələr). Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, normativ hüquqi aktların bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. Həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 1654 nömrəli sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 718; 2015, № 2, maddə 145) ləğv edilir.
Vergilər Nazirliyi ilə bağlı VACİB SƏRƏNCAM



Vergilər nazirliyi və Əmlak Komitəsi ləğv edildi - SƏRƏNCAM
Prezident bu müavinətləri 50 faiz artırdı
Baş nazirdən Nazirlər Kabineti ilə bağlı SƏRƏNCAM
Bu teatrlara “akademik” status veriləcək — SƏRƏNCAM İMZALANDI
Əmanətlərin tam sığortalanması haqqında qanuna dəyişikliklər olunub
Dənizkənarı Milli Parkı haqqında Əsasnamə təsdiq edildi
Bakı bulvarı ilə bağlı mühüm qərar
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
Prezident FƏRMAN İMZALADI
Prezidentdən Naxçıvanın vergilər naziri ilə bağlı sərəncam
Prezident İlham Əliyev fərman imzaladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 