Səudiyyə Ərəbistanının Məkkə şəhərində fələstinli zəvvarların qaldığı hoteldə yanğın olub. ONN media xəbər verir ki, hotelin qonaqları təcili şəkildə təxliyə edilib. Hadisə zamanı ölən və yaralanan olmayıb. İlkin məlumata görə, yanğın qısa qapanma nəticəsində baş verib. Yanğın söndürülüb və qonaqların içəri girməsinə icazə verilib. Qeyd edək ki, builki Həcc ziyarəti üçün Məkkəyə 1 milyona yaxın müsəlman gedib.
Məkkədə zəvvarların qaldığı hoteldə YANĞIN

