Azərbaycan Respublikası ərazisinin bir hissəsinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu bir dövrdə Azərbaycan Ordusunun hərbi hissələri düşmənlə bilavasitə təmas vəziyyətində döyüş mühafizəsi və döyüş növbətçiliyi xidmətlərini aparır və torpaqlarımızın düşməndən etibarlı müdafiəsi kimi şərəfli və eyni zamanda çox çətin bir vəzifəni yerinə yetirir. Müdafiə Nazirliyindən ONN media-ya verilən məlumatda bildirilib ki, həmin hərbi hissələrin şəxsi heyətində yüksək döyüş hazırlığı, möhkəm nizam-intizam, öz postunda ayıq-sayıq xidmət aparmaq, qorxmazlıq, düşmənə nifrət, öz silahına, komandirlərinə inam kimi döyüşçü keyfiyyətlərinin tərbiyə olunmasını tələb edir: "Döyüş mühafizəsi və döyüş növbətçiliyinə təyin olunan bölmənin, hər bir hərbi qulluqçunun əsas vəzifələrindən biri də təhkim olunmuş döyüş və digər texnikanın, silahların, avadanlıqların həmişə saz, döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazır vəziyyətdə saxlanılmasıdır. Döyüş mühafizəsinə təyin olunan hərbi qulluqçu hər hansı bir ekstremal şəraitdə vəzifə borcunu yerinə yetirməyə özünü hazırlamalıdır". Qeyd olunub ki, düşmən kəşfiyyatçıları Azərbaycan Ordusunun döyüş sayıqlığı və qoşunların yerləşdiyi məntəqələr haqqında məlumat toplamaq üçün hər cür vasitələrə əl atırlar: "Daxili xidmətə təyin olunmuş hərbi qulluqçularla iş aparılarkən yataqxanada, döyüş maşınları parkında, yeməkxanada, hərbi şəhərciyin ərazisində nizamnamə qaydalarına əməl edilməsinə onların cavabdehliyi xüsusi qeyd olunur, lazımi təlim məşğələsi keçirilir və bu məşğələdə yerli şəraitə uyğun yüksək sayıqlıq və döyüş hazırlığını təmin edən amillər öyrənilir. İndiki dövrdə qarovul xidmətinin, döyüş mühafizəsinin və döyüş növbətçiliyinin xüsusi əhəmiyyət kəsb etməsi məşğələdə dinləyicilərə çatdırılmalıdır. Bu isə ondan irəli gəlir ki, düşmən kəşfiyyatçıları ordumuzun döyüş sayıqlığı və qoşunların yerləşdiyi məntəqələr haqqında məlumat toplamaq üçün hər cür vasitələrə əl atırlar".
Erməni kəşfiyyatı bunu əldə etmək üçün... - MN



Azərbaycan Ordusu yay rejiminə keçir
Azərbaycan Ordusunun zirehli texnikalarının təlimləri keçirilir -VİDEO
Azərbaycan Ordusunda silah və hərbi texnika yay istismar rejiminə keçirilir
MN: "Zirehli texnikaların ekipajları döyüş vərdişlərini təkmilləşdirir"
Müdafiə Nazirliyi məlumat yaydı
Komandan: "Hərbi Hava Qüvvələri hər an hazır vəziyyətdədir"
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
Azərbaycan və Türkiyənin genişmiqyaslı hərbi təlimləri davam edir: Bu tarixədək...
Azərbaycan Ordusunun bölmələrində döyüş hazırlığı üzrə dərslər keçirilir - VİDEO
Kərim Vəliyev Kəlbəcərə getdi
Kəndər qaytarıldı, general rəhbər heyəti topladı
Sülhməramlılar döyüş hazırlıqlarına başladı - SON DƏQİQƏ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 