“Gürcüstan Dəmir Yolları” QSC-nin yeni yaradılmış Həmkarlar İttifaqı genişmiqyaslı tətilə hazırlaşır. ONN media xəbər verir ki, bu barədə Həmkarlar İttifaqının sədr müavini İlya Lejava məlumat verib. O deyib ki, 6 mindən çox üzvü olan təşkilatın əsas məqsədi əməkhaqlarının 50 faizədək artırılmasına nail olmaqdır. Hazırda dəmiryolçular tutduqları vəzifədən asılı olaraq 300 laridən 1000 lariyədək əməkhaqqı alırlar. Əməkhaqları 2012-ci ildən sonra artırılmayıb, amma istehlak səbətinin qiymətləri xeyli artıb. Bu da ciddi problemlər yaradır. Həmkarlar İttifaqı məsələ ilə əlaqədar konkret təkliflər planı hazırlayıb. Sənəddə dəmiryolçuların əməkhaqlarının mərhələli şəkildə artırılması nəzərdə tutulub. Artıq 4800 dəmiryolçu tətillə bağlı petisiyanı imzalayıb. Avqustun 10-da təşkilat tətilə başlamağın konkret vaxtını elan edəcək. “Tətilə başlanılan gündən Gürcüstanda dəmir yolu vasitəsilə daxili və xarici daşınmalar avtomatik olaraq dayandırılacaq”, - deyə Lejava vurğulayıb. Məlumat üçün qeyd edək ki, “Şərq-Qərb” nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən Gürcüstan dəmir yollarının ümumi uzunluğu 1324 kilometrdir. Qonşu ölkənin dəmir yolları sisteminə 45 tunel, 1714 körpü, eləcə də Rusiya və Ukrayna ilə parom əlaqələri daxildir.(axar)
Həmkarlar İttifaqı tətilə hazırlaşır - Səbəb?



YAP Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçildi
Bu tarixdə ictimai nəqliyyat işləməyəcək- SƏBƏB?
BDU-nun HİK sədri işdən çıxarıldı
Emin Əfəndiyevə daha bir vəzifə verildi
İzmirdə nəqliyyat iflic oldu: tətil gedir
32 mindən çox müəllim küçələrə axışdı - Kütləvi etiraz
Mindən çox qatar reysi təxirə salındı - SƏBƏB
170-dən çox reys təxirə salındı
Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqının növbədənkənar iclası keçirildi
Deputatlar tətilə çıxdılar
Fransada səfərbərlik elan olundu
Makrona qarşı çağırış edildi
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi
Təbrizdə güclü partlayışlar baş verdi
Sabah bu ərazilərdə qaz olmayacaq
İnfarkt riski niyə artır? 