Əyilməz Fransa” (La France insoumise-LFİ) partiyası bir çox tələbə həmkarlar ittifaqı təşkilatlarına Emmanuel Makronun güc tətbiqinə qarşı nümayiş çağırışı edib.
ONN media xəbər verir ki, E. Makron baş nazir təyinatı ilə bağlı məsləhətləşmələrindən sonra Yeni Xalq Cəbhəsinin (NFP) başçılıq etdiyi hökumət fərziyyəsini rədd etdikdən sonra “Əyilməz Fransa” partiyası etiraz nümayişlərinə çağırış barədə bəyanat yayıb. LFİ Tələbə Həmkarlar İttifaqı təşkilatlarını, Ali Məktəblər Birliyini (USL), həmçinin demokratiyanın müdafiəsinə sadiq olan siyasi təşkilatları, birlik və assosiasiyaları sentyabrın 7-də avtokratiyaya qarşı nümayişə qoşulmağa səsləyib.
Radikal sol partiya vəziyyətin müstəsna ciddiliyi qarşısında Fransa cəmiyyətindən sərt reaksiya tələb edib.
“Respublika Prezidenti seçkilərin nəticələrindən və qanunvericilik orqanına seçkilərdə qalib gələn NFP hökumətindən imtina etməklə demokratiyanı ciddi təhlükə altına qoyur. Vəziyyətin fövqəladə ciddiliyi ilə üzləşdiyimiz üçün biz Fransa cəmiyyətini sərt reaksiya nümayiş etdirməyə çağırırıq.
Gənclər təşkilatlarının, Tələbə Həmkarlar İttifaqının və Liseylər Birliyinin 7 sentyabrda Emmanuel Makronun güc aktına qarşı böyük nümayiş çağırışına qoşuluruq. Ümid edirik ki, demokratiyanın müdafiəsinə sadiq olan siyasi və assosiativ qüvvələr bu çağırışa qoşulacaqlar”,- deyə bəyanatda vurğulanıb



Fransa və Almaniya Rusiyaya qarşı sərt addımların anonsunu verib
Makron da koronavirusa qarşı peyvənd olundu
Türkiyədən Makrona sərt mesaj: Cizgidən kənara çıxır!
XİN-dən Fransaya ÇAĞIRIŞ
Azərbaycanın Fransadakı səfiri geri çağırılacaq?
Bakıda Fransa səfirliyinin qarşısında aksiya keçirilib
YAP Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçildi
Makron bu hərəkətinə görə gülünc vəziyyətə düşdü
Makron türkcə MESAJ VERDİ: "Bundan sonra..."
Daha bir partiya ləğv edildi
Leyla Abdullayeva etimadnaməsini Makrona təqdim edib
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 