“Palmali” Şirkətlər Qrupuna məxsus daha bir gəmi suya buraxılır. Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin adını daşıyan gəminin açılışında şirkətin prezidenti Mübariz Qurbanoğlu (Mənsimov), Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, keçmiş təhsil naziri Firudin Cəlilov, jurnalist və QHT nümayəndələri iştirak edirlər. Tədbirin açılışında iştirak edən F.Cəlilov çıxışında belə dedi: "Rəsulzadənin qurduğu dövlət, təəssüf ki, iki il yaşadı. Mən qürur duyuram ki, Məhəmmədəmin bəyin qaldırdığı bayrağı 70 il sonra təkrar biz qaldırdıq. Rəsulzadə işğaldan sonra mühacirətdə çoxlu kitablar yazıb. O kitablar mənim kitabxanamda var. Və bu gün qərara gəldim ki, arxivimdəki bu kitabları gəminin heyətinə hədiyyə edim". Mübariz Mənsimov çıxış edərək qeyd edib ki, onlar üçün bu gəminin çox böyük anlamı var: "Rəsulzadə müsəlman şərqində ilk cumhuriyyəti qurub. İnşallah, bu gəmi düzgün, şəffaf, insanların xeyrinə xidmət edən yüklər daşıyar". Rəis Rəsulzadə isə tarixi günlə bağlı bunları deyib: "Mən xoşbəxtəm ki, bu tarixi hadisədə iştirak edə bildim. Mənim Rəsulzadə haqqında çox danışmağım yerinə düşməz. Sadəcə onu deyim ki, bəzən Rəsulzadə haqqında "quruculardan biri" ifadəsini işlədirlər, bu, doğru deyil, o qurucudur". Daha sonra Rəis Rəsulzadə çəkdiyi bəzi rəsm əsərlərini və babası haqqında yazılmış kitabları gəminin heyətinə hədiyyə etdi.
Rəsulzadə gəmisi suya buraxıldı



Mənsimovun “vurulan” gəmisi delfinlərlə yarışır - Video
Rəsulzadə gəmisi qəsdən vurulub?- ŞOK
MEK Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi ilə bağlı sərgi təşkil edib
Rais Rəsulzadənin son durumu açıqlandı
Rəsulzadənin üçüncü barelyefi - Bu dəfə təkcə adı saxladılar
Batdı deyilən Rəsulzadə gəmisi ilə bağlı son açıqlama
Rəsulzadə adına lisey binası niyə söküldü?
SOCAR “Rəsulzadə” gəmisi ilə bağlı açıqlama verdi
Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
Bu gün Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi gündür
6 mart Məhəmməd Əmin Rəsulzadənin vəfat etdiyi gündür
Dənizdə meyiti tapılan şəxs kimin oğludur?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 