Son illər Azərbaycanın turizm sektorunda böyük canlanma müşahidə olunur. Ölkəmizə gələn xarici turistlərin sayı ildən-ilə artır. Misirli turistlərin ölkəmizə gəlişini daha da asanlaşdırmaq məqsədilə “Zakher Travel” turizm şirkəti tərəfindən bu ilin avqustundan etibarən Misir Ərəb Respublikasının paytaxtı Qahirədən Qəbələ və Bakı istiqamətlərində birbaşa çarter reyslərinin həyata keçirilməsinə başlanılıb. İlk çarter reysi avqustun 7-də Qəbələ Beynəlxalq Hava Limanına reallaşıb. Təyyarədən enən 63 misirli turisti şirkətin nümayəndələri səmimiyyətlə qarşılayıblar. Turistlər üç gün Qəbələdə qaldıqdan sonra Bakıya yola düşəcəklər. Şirkətin rəhbəri Cəfər Qarayev bildirib ki, misirli turistlərin Azərbaycana səfəri bu ölkənin “Abosamra Travel” şirkəti ilə bağlanmış müqavilə əsasında həyata keçirilir. Çarter reysləri sentyabrın 7-dək davam edəcək. Bir ay ərzində 7 uçuşun həyata keçirilməsi nəzərdə tutulur. Turistlər üç gün Qəbələdə, dörd gün isə Bakıda 4 və 5 ulduzlu otellərdə yerləşəcəklər. Turizm şirkətinin rəhbərinin sözlərinə görə, ilk çarter reysinin Qəbələyə reallaşması heç də təsadüfi deyil. Son illər Qəbələdə müasir standartlara uyğun turizm infrastrukturunun yaradılması istiqamətində çox böyük işlər görülüb. “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilin bütün fəsillərində yerli və xarici turistlərin diqqətini özünə cəlb edir. Cəfər Qarayev bildirib ki, bundan sonrakı uçuşlar Bakı şəhərinə olacaq. Sonuncu reyslə Bakıya gələn misirli turistlər öz ölkələrinə Qəbələ Beynəlxalq Hava Limanından qayıdacaqlar. Ümumiyyətlə, çarter reysləri vasitəsilə Azərbaycana 600-dək misirli turistin gələcəyi gözlənilir (Azərtac).
Qahirədən Qəbələyə ilk çarter reysi



İtaliyadan Bakıya çarter reysi həyata keçiriləcək
Bakı-Şarm əl Şeyx-Bakı birbaşa çarter reysi açıldı
ABŞ-dakı azərbaycanlılar çarter reysi ilə ölkəyə gətiriləcək
Azərbaycan daha 188 vətəndaşını ölkəyə gətirdi
Daha 117 azərbaycanlı vətənə gətirildi
Rusiya Federasiyası vətəndaşlarına ŞAD XƏBƏR: Bu tarixlərdə...
Polşadan 100 azərbaycanlı təxliyyə edildi
197 Azərbaycan vətəndaşı Bakıya gətirildi - AZAL
Daha 212 vətəndaşımız TƏXLİYƏ EDİLDİ
Azərbaycan 171 vətəndaşını bu ölkədən çarter reysi ilə gətirdi
Bakı ilə Pekin arasında aviareyslərin sayı artırılacaq
“Ukraynanın Beynəlxalq Hava Yolları” Bakıdan Kiyevə çarter reysləri yerinə yetirəcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 