Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Təbrikdə deyilir: "Hörmətli həmvətənlər! Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı müqəddəs Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm. Qurban bayramı Allahın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi özündə mənəvi birliyi, həmrəyliyi, xeyirxahlığı və dözümlülüyü ehtiva edərək, insanın ən çətin məqamlarda düzgün mövqe seçmək və ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini əks etdirir. Tarixən İslama və onun mütərəqqi ənənələrinə bağlı olan xalqımız əsrlər boyu bu dəyərləri yaşatmış və ölkəmiz İslam sivilizasiyasının mədəni mərkəzlərindən birinə çevrilmişdir. Azərbaycanda bütün dini bayramlar, o cümlədən, Qurban mərasimləri hər il böyük təntənə və yüksək əhval-ruhiyyə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, xeyriyyəçilik işləri görülür, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvaram ki, bütün xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Uca Yaradanın mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır. Əziz bacı və qardaşlarım! Qurban bayramı münasibətilə bir daha hər birinizə səmimi təbriklərimi çatdırır, qurbanlarınızın Allah tərəfindən qəbul olunmasını arzu edirəm. Qoy bu mübarək bayram ailələrinizə səadət, süfrələrinizə xeyir-bərəkət gətirsin. Qurban bayramınız mübarək olsun!"
Prezident İlham Əliyevin xalqa Qurban bayramı TƏBRİKİ



İlham Əliyev Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Prezident Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
Prezident Qurban Bayramı ilə bağlı təbrik ünvanlayıb
Prezidentdən xalqa Ramazan TƏBRİKİ
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Zakir Həsənov şəxsi heyəti təbrik etdi
Sadiq Qurbanov Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 