Bu il ali məktəblərə qəbulolma faizi ilkin nəticələrə əsasən 88 % təşkil edib. ONN media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, dolma göstəricisi ötən il də eyni olmuşdu: “Bu il qəbul planı üçün 47 765 vakant yer verilmişdi. Nəzərə alaq ki, plan yerlərinin sayı bu il 3000 yer artırılıb, imtahanda iştirak edən abituriyentlərin sayı isə təxminən 2000 nəfər azalıb. Keçən il 88 faizlik göstərici 39 947 nəfərə idisə, bu il 42 062 nəfərdir”. M.Abbaszadə hesab edir ki, tədris ilinin sonunda ölkə səviyyəsində qəbul imtahanın yeni formada keçirilməsinin nəticələrini müzakirə etmək lazım olacaq: “Çünki yeni kompetensiyalara malik şəxsləri seçib ali məktəblərə göndərmişik. Onların akademik nəticələrinin necə olmasını biz yox, qəbul olduqları ali təhsil müəssisələri izləyə biləcək”.
Qəbulolma faizi nə qədər oldu? – DİM sədri açıqladı



Bu il ali məktəblərə qəbul planı artırılıb
Ali məktəblərə plan yerlərinin 11 faizi boş qalıb
DİM Təhsil Nazirliyinin təklifinə "HƏ" dedi - VİDEO
Bu qrup üzrə keçid balları artacaq
III qrup üzrə əlavə 1300 yer ayrılacaq - Məleykə Abbaszadə
150-dən çox bal toplayanlar universitetə girə bilər - Məleykə Abbaszadə AÇIQLADI
DİQQƏT- Fənlər üzrə bal məhdudiyyəti ləğv olundu
Ali məktəblərə qəbul ola bilməyənlərə şad xəbər
600-dən çox bal toplayanların sayı açıqlandı
Hazırlıq qruplarına qəbul balı ilə bağlı xəbər var
İmtahanın nəticələri 2 il qüvvədə olacaq
Qəbul imtahanlarının keçirilmə vaxtı açıqlandı - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 