Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınıb.
ONN media xəbər verir ki, bu gün Qurban bayramı münasibətilə saat 08:00-dan etibarən Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə, o cümlədən saat 09:00-da Bakının “Təzəpir” məscidində bayram namazı qılınıb.
“Təzəpir” məscidində bayram namazı məscidin imamı Mircəfər Əyyubovun pişnamazlığı ilə qılınıb.
Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmalarını diləyib. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin ən ağrılı yarası olan Dağlıq Qarabağ probleminin tezliklə həlli, ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua edilib.
Qeyd edək ki, avqustun 12-13-də Azərbaycanda Qurban bayramı qeyd olunur.



Azərbaycanın məscidlərində bayram namazı qılınıb
Azərbaycan məscidlərində bayram namazı qılındı
Azərbaycanda bayram namazı qılındı
Bayram namazının vaxtı açıqlandı
Bayram namazı nə vaxt qılınacaq? - QMİ
Təzəpir məscisində bayram namazı qılındı
Bakıda bayram namazı qılındı
Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb
Bakıda bayram namazı qılındı
Bayram namazı nə vaxt qılınacaq?
Allahşükür Paşazadə bayram namazında iştirak etməyəcək - SƏBƏB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 