Yerli əhalini qorxu və dəhşətə salan naməlum tüklü məxluqu tutmaq üçün Ucar rayonunun Çiyni kəndi ərazisində ardıcıl dördüncü gündür polis postları qoyulur. ONN media xəbər verir ki, bu barədə Ucar Rayon Polis İdarəsindən məlumat veriblər. Gecələr yaşayış məntəqəsinə çıxaraq insanları qorxudan bədheybət haqqında söhbətlər bir neçə gündür səngimir. Qadın və uşaqlar, bəzən isə hətta kişilər axşamlar küçəyə çıxmağa qorxurlar. Kəndlilər deyirlər ki, məxluq qara rəngdədir, insan kimi düz yeriyir və sürətlə qaçır. "Biz kəndin ətraf ərazilərində naməlum varlığın gizləndiyini düşünmürük, lakin hər halda ərazidə axşamlar postlar qoyuruq. Kənd sakinlərinin qorxusunun isə əsası yoxdur - bu məxluq indiyədək heç kəsə zərər verməyib, ev heyvanları və quşları öz yerindədir. Onların sözlərinə görə, üstəlik, o, insan görəndə qaçır", - polisdən deyiblər. Polis əməkdaşlarından biri, serjant iddia edir ki, naməlum canlını özü görüb. Onun sözlərinə görə, məxluq onun evinin qapılarına gizlicə yaxınlaşıb və onu görərkən tez gizlənib. Asayiş keşikçiləri qeyd ediblər ki, Çiyni kəndi bir neçə il əvvəl Qoşaqovaq kəndində gecələr gəzən naməlum məxluqlara görə vahimə yaranmış Ağdaş rayonu ilə sərhəddə yerləşir. Yeri gəlmişkən, burada da polis postları qurulmuşdu, lakin heç kim tapılmamışdı. Ağdaş rayon sakinlərinin iddiasına görə, həmin varlıqlar adi insanın keçə bilmədiyi tikanlı məftilləri, hündür divarları asanlıqla aşırdılar.
Ucar polisi naməlum məxluqu tutmağa çalışır



“Nə qulyabanı? Başımız qarışıb...” - Sirli məxluq Ucar camaatını qorxuya salıb
Ucarda qeyri-adi məxluq varmı? - AÇIQLAMA
Ucar sakinləri yolu bağlamağa cəhd etdilər- SƏBƏB NƏDİR?
Məzarlıqda DƏHŞƏTLİ GÖRÜNTÜ - Sakinlər qorxu içindədir
Azərbaycan səmasında NAMƏLUM OBYEKT GÖRÜLDÜ - VİDEO
İngiltərədə qız yadplanetlini lentə aldı — FOTO
Salyanda naməlum qadın meyiti tapıldı - QƏTL
Ucarda qadın boğularaq öldürüldü
Digahda naməlum varlıq peyda oldu – Mənzillərə daxil olub… – VİDEO
Bu rayonda yaşayanların NƏZƏRİNƏ
Otlaq sahəsində naməlum kişi cəsədi tapılıb
Baş nazirin müşaviri güllələnərək öldürüldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 