Baş nazir Novruz Məmmədov “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nı təsdiq edib. ONN media xəbər verir ki, mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərclərinin ödənilməsi üçün mediator və ya mediasiya təşkilatına ödənilən vəsaitin məbləği “Mediasiya haqqında” Qanunun 28-ci maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş məbləğindən artıq olmamalıdır. Mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərcləri həmin şəxslərlə ilkin mediasiya sessiyası həyata keçirən və ya mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamış mediatorun və ya mediasiya təşkilatının təqdim etdiyi müvafiq təsdiqedici sənədlər əsasında Mediasiya Şurası tərəfindən həmin mediatora və ya mediasiya təşkilatına nağdsız qaydada ödənilir. Mediasiya xərclərinin ödənilməsindən imtina etmək üçün əsaslar olmadıqda, mediasiya xərcləri Mediasiya Şurası tərəfindən müvafiq mediatora və ya mediasiya təşkilatına ödənilir. Mediasiya xərclərinin ödənilməsindən imtina barədə mediatora və ya mediasiya təşkilatına imtinanın səbəbləri göstərilməklə, 5 (beş) iş günü müddətində yazılı məlumat verilir.
Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək



Bəzi şəxslər mediasiya xərclərini ödəməkdən azad edildi
“Mediasiya haqqında” Qanuna dəyişiklik edildi
Baş nazirdən VACİB QƏRAR: barışıq sazişini onlar hazırlayacaq
“Mediasiya haqqında” qanuna dəyişikliklər qəbul edildi
“Mediasiya haqqında” qanun ikinci oxunuşdan keçdi
Boşanmaq istəyənlərin DİQQƏTİNƏ
Prezident daha bir qanunu təsdiqlədi
Azərbaycan BMT-yə hesabat təqdim edəcək
Azərbaycan və Latviya arasında hüquqi əlaqələr inkişaf edir
Deputatlar üçün yeni qadağa müəyyənləşir
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 