Kaktus ən çox yayılmış dibçək bitkilərindən biridir. Onun müxtəlif formalı boz tikanlı növləri var. Az qulluq tələb edən dibçək gülü hesab edilir, düşdüyü şəraitə dərhal uyğunlaşır. Görkəmi cəlbedici olmasa da, evdə atmosfer yaradılmasında və sakinlərin sağlamlığında müsbət rola malikdir. Səhra bitkisi olduğuna görə istiyə davamlıdır. ONN media bildirir ki, orta əsrlərdə kaktus avropalılar üçün ekzotik bitki sayılırdı. Amerika qitəsində onu atsek mədəniyyətini bir hissəsi hesab edir və meyvələrini yeyərək bəzək bitkisi kimi bağlarda əkir, şəfa vasitəsi kimi istifadə edir və sehrli gücünə inanırdılar. Hətta onu qapı və pəncərəyə qoymaqla özlərini müəyyən qüvvələrdən qoruduqlarını güman edirdilər. Kaktus vegetativ üsulla - kökündən cavan bitkiləri ayırmaqla çoxaldılır. Kökündən ayrılmış kaktus digər dibçəklərdə dərhal böyüməyə başlayır. Suya çox ehtiyac duymur, buna görə də onu torpaq həddindən artıq quruduqdan sonra sulamaq lazımdır. Yaz aylarında gübrələnən kaktuslar uzun müddət çiçəkləyir. İşıqlı məkanları sevir. Dibçəkləri soyuq günlərdə mütləq temperaturu 15-16 dərəcədən aşağı olmayan otaqda saxlamaq lazımdır. Bitkinin yeri işıq və kölgə sevən xüsusiyyətindən asılı olaraq seçilir. İsti aylarda gülləri açıq havada günəş işığı düşən yerə qoymaq məsləhətdir.
Kaktus özündə böyük miqdarda enerji saxlayır. O, becərildiyi evdə mənzil sahiblərini mənfi təsirlərdən qoruyur, müsbət enerji yaradır. Onu yerləşdirmək üçün ən yaxşı yer iş otağı, mətbəx və dəhlizdir. Kaktus əqli fəaliyyəti aktivləşdirir, düşüncənin normallaşmasına kömək edir. Miqren ağrılarını neytrallaşdırır, yoluxucu xəstəliklər və eroziya zamanı faydalı təsir göstərir. Onun iş otağındakı pəncərə önünə qoymaq məhsuldar iş şəraitinin təmin edilməsinə xidmət edir.(azertac)İşıqlı məkanları sevən və müsbət enerji yaradan kaktus



Kaktusa necə qulluq edək? - DÜZGÜN QAYDALAR
Təbii daşların insana XEYİRİ və ZİYANI - VİDEO
Polis evdən tapança və narkotik bitki yetişdirilən dibçək tapdı
Füzulidə 3 tondan artıq yabanı çətənə bitkisi məhv edilib
Kəklikotunun çoxsaylı faydaları
Ağdamda çətənə bitkisi yetişdirən şəxslər saxlanıldı
Üzə necə qulluq etmək lazımdır?
Bu bitki qocalmanın qarşısını alırmış
Nazirlik fermerlərə çağırış etdi
A vitamini çatışmasa bədənimizdə nələr baş verər?
Çin və Yaponiya ənənələri arasında - 10 FƏRQ
Alimlər zəfəranın DAHA BİR FAYDASINI açıqladı
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi
Günün qoroskopu: Real işlərlə məşğul olun
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı 