Azərbaycan Dillər Universitetində (ADU) attestatı olmayan abituriyent tələbə adına layiq görülüb. ONN media xəbər verir ki, Universitetin Tərcümə fakültəsinin Fransız dili ixtisasına qəlub olan Orxan Bağızadə məsələyə aydınlıq gətirib. O, ailədaxili problemlər zəminində təhsil hüququndan məhrum edilməsindən danışıb. Tələbə qeyd edib ki, atası ona təhsil almağa icazə verməyəcəyini dəfələrlə deyib. Amma Tərcümə sahəsi üzrə təhsil almaq arzusunda olan O.Bağızadə atasına bildirib ki, onu təhsil almaq hüququndan məhrum etməyə haqqı yoxdur: “Mən evdən çıxanda doğum haqqında şəhadətnaməni, hərbi bilet götürsəm də, attestatımı əldə edə bilmədim. Mənə dedilər ki, attestat onlarda deyil. Ona görə də, attestatla bağlı bir az problem var və hazırda attestat itmiş sayılır”. O.Bağızadə attestat olmadan universitetə qəbul olmasından da danışıb. Onun sözlərinə görə, bu işdə Təhsil Nazirliyinin, xüsusilə də nazir müavini Firudin Qurbanov və nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun böyük rolu olub. Onlar tələbənin probleminin müsbətə doğru həll olunmasında mümkün variantların hər birindən istifadə ediblər. Tələbə onu da əlavə edib ki, ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Tamam Cəfərovanın da bu məslədə böyük dəstəyi olub. Adları sadalanan şəxslərin yardımı ilə attestatsız şəkildə ali təhsil müəssisəsinin tələbəsi adını qazanan O.Bağızadə ona yardım edən hər kəsə dərin minnətdarlığını bildirib. O.Bağızadə təhsilə olan marağı və gələcək planlarından da söz açıb. O, qeyd edib ki, ali təhsil alamağa uşaqlıqdan həvəsi olub və heç vaxt hazırlıq kurslarına getməyib, ev şəraitində hazırlaşıb. Hətta çalışmağına baxmayaraq, gecədən səhərə kimi dərsləri ilə məşğul olub. O, bundan sonra da təhsili ilə işini paralel aparmağı hədəfləyir. Tələbəmiz təhsil haqqını ödəməklə bağlı da pozitiv düşüncədədədir. O, vurğulayıb ki, iki qardaşı var və əl-ələ verib təhsil haqqını ödəmək iqtidarındadırlar. Tələbə sonda Təhsil Nazirliyinə, Bakı Şəhər Baş Təhsil İdarəsinə, eləcə də Dillər Universitetinin rəhbərliyinə və ali məktəbin Tələbə Qəbul Komissiyasına təşəkkürünü bildirib.
Azərbaycanda film kimi olay- Ata oğlunun attestatını gizlətdi və...



Mehin sözünün üstündə durdu - Orxanın təhsil haqqını ödədi
Attestat ala bilməyənlər imtahan verdi
Bu universitetlərdə təhsil alan tələbələrə ŞAD XƏBƏR
42062 nəfər tələbə adı qazandı
Minlərlə tələbə təhsil krediti üçün müraciət etdi
Attestat ala bilməyənlərin DİQQƏTİNƏ
Attestat ala bilməyənlərin DİQQƏTİNƏ
Bu tələbələr ödədikləri təhsil haqqını geri alacaq
Tədris dövlət hesabına aparılarsa... - Nazir
Nazir müavinindən Təhsil Tələbə Krediti ilə bağlı mühüm açıqlama
"Qarabağ" universitetində yeni təyinat olub
Təhsil kreditləri almaq istəyənlərə şad xəbər
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 