Hirkan Milli Parkında dağlıq zonada baş vermiş yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub. FHN-dən ONN media -ya verilən məlumata görə, yanğının söndürülməsi məqsədilə Aviasiya dəstəsinin iki helikopteri də dünəndən ərazidə fəaliyyətdədir. Xatırladaq ki, avqustun 20-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Təngivan kəndi yaxınlığında Hirkan Milli Parkının ərazisində dağlıq zonada yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının geniş əraziyə yayılmasının qarşısını almaq və operativ söndürülməsini təmin etmək məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və yerli sakinlər cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
SON DƏQİQƏ: Milli Parkda güclü yanğın başladı, FHN havaya TƏYYARƏ QALDIRDI



Hirkan Milli Parkında yanğınla bağlı SON MƏLUMAT - VİDEO
Azərbaycanda GÜCLÜ YANĞIN: FHN havaya TƏYYARƏ QALDIRDI
Quba və Şabran meşələrində güclü yanğın başlayıb
SON DƏQİQƏ: Yardımlı meşələrində yanğın başlayıb - FHN
Ağsudakı yanğın məhdudlaşdırıldı
Xocavənddə dağlıq ərazidə YANĞIN: havaya 2 helikopter qaldırıldı
Qəbələdə yanğın- Helikopter cəlb olundu
Oğuzda meşə yanır
Qəbələdəki yanğına 2-ci helikopter cəlb olundu
Milli Parkda yanğınla bağlı YENİ XƏBƏR
SON DƏQİQƏ: Ağsuda dağlıq ərazidə yanğın başladı
SON DƏQİQƏ: Azərbaycanda güclü yanğın, helikopterlər HAVAYA QALDIRILDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 