ONN İnformasiya Agentliyi

Toyda qonaqlar zəhərləndilər - Yeddisi uşaqdı

Toyda qonaqlar zəhərləndilər - Yeddisi uşaqdı
26-08-2019, 21:22

Ağdaşda sünnət toyunda zəhərlənən 10 nəfər ötən gecə və səhər saatlarında xəstəxanaya müraciət ediblər. ONN media bildirir ki, həmin şəxslərdə işləmə-qusma əlamətləri müşahidə olunub. Həkim müayinəsindən sonra zəhərlənən şəxslərə ambulator yardım göstərilib və onlar evə buraxılıblar. Xatırladaq ki, hadisə ötən gün rayonun Cardam kəndində təşkil olunmuş sünnət toyunda qeydə alınıb. Mərasimdə iştirak edənlər - 4 yaşlı Polad Əsgərov, 1 yaşlı Turan Cəbrayılov, 4 yaşlı Əlövsət Cəbrayıllı, 4 yaşlı Zeynəb Cəbrayılova, 3 yaşlı Fərid Cəbrayıllı, 6 yaşlı Seymur Əsgərov, 13 yaşlı Vüsalə Mehdiyeva, 23 yaşlı Ramilə Abbasova, 32 yaşlı Kamilə Məmmədova, 37 yaşlı Yasəmən Cahangirova qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya daxil olublar. Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png