Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın doğum günüdür. Bu gözəl gün münasibətilə Mehriban xanımı səmimi qəlbdən təbrik edir, ona uzun ömr, möhkəm cansağlığı, şərəfli və məsuliyyətli fəaliyyətində, dövlətçiliyimizin inkişafında, xalqın rifah halının daha da yaxşılaşdırılmasında davamlı uğurlar və yeni-yeni nailiyyətlər azrulayıram.
Bizim xalqımız və dövlətimiz üçün böyük fəxarətdir ki,dünya siyasi liderlik zirvəsinə yetişən nadir xanımlar arasında ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və ISESKO kimi beynəlxalq təşkilatların xoşməramlı səfiri Mehriban xanım Əliyeva var. Mehriban xanımın bu zamana qədər yerinə yetirdiyi ictimai, siyasi və mədəni missiya tarixi fenomendir. Böyük və nəcabətli ailə ocağının qızı, xanımı və anası olan Mehriban xanımın timsalında biz Azərbaycanın bu gününün və sabahının ucalığını təmin edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fədakar yardımçısını görürük. Mehriban xanım ən böyük nailiyyətimiz olan müstəqillik tariximizin yaradıcısı və qurucusu Heydər Əliyevin ənənələrini qoruyan və inkişaf etdirən ictimai və siyasi xadim zirvəsini xalqın könlündə fəth edib. Mehriban xanımın fəaliyyət dairəsi o qədər hüdudsuz, zəka işığı o qədər parlaqdır ki, gördüyü xeyirxah işləri sayıb qurtarmaq qeyri-mümkündür. Hansı sahəyə üz tutmasından asılı olmayaraq, bütün fəaliyyəti ilə dövlət siyasətini tamamlayır, Ulu öndər Heydər Əliyevin ideyalarını yaşadır, Prezidentimiz cənab İlham Əliyevin əzəmətli və möhtəşəm fəaliyyətinə dəstək verir. Mehriban xanımın rəhbəri olduğu Heydər Əliyev fondunun təşkilatçılığı ilə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində həyata keçirilən çoxsaylı layihələr nadirliyi, orijinallığı, vətənpərvərliyi və fəlsəfi bitkinliyi ilə seçilir, kompleks xarakter daşıyır. Azərbaycan həqiqətlərinin, xüsusilə, Xocalı soyqrımı, torpaqlarımızın Ermənistan tərəfindən işğal edilməsi faktının dünya ictimaiyyətinə çatdırılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyeva müstəsna xidmətlər göstərib.
Doğum günü münasibətilə hörmətli Mehriban xanımı bir daha təbrik edir, Uca Tanrının mərhəmət və qüdrət nəzərinin hər zaman üzərində olmasını arzulayıram.
Hörmətlə, Nüsrət Məmmədov. “Dünya azərbaycanlıları və dicər türkdilli xalqların İttifaq”nın Prezidenti



Rusiya portalında Mehriban Əliyeva haqda məqalə dərc edildi
Putin Mehriban Əliyevanı təbrik etdi
Mehriban Əliyeva haqqında sənədli film hazırlandı - VİDEO
İlham Əliyev və xanımı Şəkiyə səfər edib
Prezident və xanımı Şuşaya getdi
Mehriban Əliyeva Özbəkistanın birinci xanımı ilə görüşdü
Mehriban Əliyeva Gəncədə - FOTO
Prezident və xanımı yeni kompleksin açılışında
Putin Mehriban Əliyevanı təbrik etdi
Mehriban Əliyeva Əminə Ərdoğanla görüşdü
İlham Əliyev və xanımı ulu öndərin məzarını ziyarət ediblər
Prezident və xanımı Milana gediblər
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 