1 il 5 aylıq fəaliyyəti dövründə Real TV növbəti uğuruna imza atdı. Xəbər kanalı olaraq fəaliyyətə başlayan Real TV bu gün açıq yayımda olmaqla özünəməxsus auditoriya toplaya bilib və Mir Şahin Ağayevin rəhbərliyi ilə hazırda ölkənin xəbər siyasətinin formalaşmasında mühüm rol oynayır. Tək bunu demək kifayətdir ki, Real TV Azərbaycan Prezidenti İlham Əliyevdən son illərdə ilk ekskuliziv müsahibə alan kanal olub. Bu gün isə Real TV daha maraqlı bir yeniliyə imza atıb. Belə ki, kanal 1 il 5 aylıq fəaliyyəti zamanı digər kanallardan fərqli olaraq canlı yayımlara daha çox üstünlük verirdi və hadisə yerindən canlı olaraq xəbəri tamaşaçılara çatdırmaqla operativliyi təmin edirdi. Bu gün isə Real TV 5 mininci dəfə hadisə yerindən canlı efirə çıxaraq xəbəri tamaşaçılara çatdırıb. Bununla bağlı Real TV-nin baş redaktoru Səbinə Ağayeva Axar.az-a açıqlama verərək bildirib ki, bu cür canlı yayımların, hadisə yerindən xəbəri operativ olaraq çatdırmaq televiziyanın əsas özəlliklərindən biridir: ”Müasir dünyada xəbər kanalı olaraq fəaliyyət göstərirsənsə, ilk növbədə xəbərin tamaşaçıya tez çatdırılmasına nail olmalısan. Biz bunu artıq edə bilmişik. Amma bu, məsələnin hələ başlanığıcıdır. Məqsədimiz isə budur ki, Real TV olaraq tək Azərbaycan daxilində yox, həm də xarici ölkələrdə də bu cür bağlantılar yarada bilək. Artıq Türkiyədə bu məsələni həll etmişik və yaxın günlərdə dünyanın aparıcı digər dövlətlərində də bu uğurumuzu təkrarlayacağıq”.
Real TV-dən möhtəşəm uğur



Real TV mayın 10-da ümumrespublika yayımına çıxacaq
"Real"dan üzücü xəbər: Əfsanəvi futbolçu həyatını itirdi - FOTO
"Qalatasaray" - "Real" matçı hansı kanalda yayımlanacaq? - SİYAHI
Çempionlar Liqasının oyunlarını bu kanallar göstərəcək - SİYAHI
“Real” Karlo Ançelottini yenidən qaytardı
İlham Əliyevin Real TV-yə müsahibəsi - CANLI
Mirşahin Ağayevin yeni komandası - adlar
“El klasiko” tarixinin 10 ən yaxşı bombardiri
"Real" maaşları azaltdı - SƏBƏB
Prezident İlham Əliyev Real TV-yə müsahibə verib
"Real"dan daha bir uğur
Manatın real effektiv məzənnəsi artdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 