ABŞ Prezidenti Donald Tramp Corciya, Cənubi və Şimali Karolina ştatlarının sakinlərinə şiddətli “Dorian” qasırğasının mümkün zərbəsi barədə xəbərdarlıq edib. ONN media xəbər verir ki, Donald Tramp Tvitter səhifəsində əhalini ehtiyatlı olmağa çağıraraq yazıb: “Deyəsən, bizim gözəl Cənubi Karolina ştatımız güman etdiyimizdən daha güclü zərbəyə məruz qalacaq. Bu, eynilə Corciya, Şimali Karolina ştatlarına da aiddir”. Prezident qeyd edib ki, irəliləyən qasırğanın istiqamətini qabaqcadan söyləmək çox çətindir. Yalnız onu təsdiqləmək olar ki, “Dorian” son bir necə ildə baş vermiş ən böyük və ciddi qasırğalardan biridir. Bir müddət əvvəl qasırğanın Florida ştatına tərəf irəlilədiyi bildirilib. Ştatın qubernatoru Ron Desantis əhalini bir həftəlik ərzaq, su və dərman ehtiyatı görməyə çağırıb. O, həmçinin yerli sakinlərin mümkün təxliyəyə hazır olmalarını da xahiş edib. Son məlumata əsasən, dördüncü təhlükə səviyyəsinə yüksələn qasırğanın mərkəzində küləyin sürəti saatda 130 milə (209 kilometr) çatır. Təbii fəlakətin sentyabrın 1-də Baham adalarına, növbəti gün isə Florida ştatına yetişəcəyi gözlənilir.
Trampdan 3 ştatla bağlı XƏBƏRDARLIQ



ABŞ- da sakinlər təcili təxliyyə edilir
Dəhşətli qasırğa yaxınlaşır- Aviareyslər təxirə salınıb
220 mindən çox sakin İŞIQSIZ QALDI - SƏBƏB
Dağıdıcı qasırğa yaxınlaşır - XƏBƏRDARLIQ
TƏHLÜKƏYƏ AZ QALDI - Son 100 ilin ən güclüsü yaxınlaşır
“Florens” qasırğası ABŞ-a çatdı
"Florens" qasırğası nəticəsində 5 nəfər ölüb
Azərbaycanın dövlət qurumu ABŞ-a qoyduğu qadağanı ləğv etdi
Fövqəladə vəziyyət elan olundu - ABŞ fəlakətlə qarşı-qarşıya
Tramp seçkilərdə qalib gəldiyini açıqladı
Timsah pəncərədən evə girdi - ŞOK
Trampın ailəsində ŞAD GÜN
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 