Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov avqustun 31-də Şəki Şəhər-Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONN media-ya məlumat verilib. Verilən məlumata görə, qəbulda Şəki də daxil olmaqla Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərindən, eyni zamanda, həmin bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərdən müraciət edən 18 nəfər iştirak edib. Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.
Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb, polisin fəaliyyətinə aid olmayan ərizələrin aidiyyatı üzrə digər dövlət orqanlarına göndəriləcəyi nəzərə çatdırılıb. Tədbirdə iştirak edənlər göstərilən diqqət və qayğıya, bölgələrdə mütəmadi olaraq vətəndaşların qəbulunun təşkilinə, icra orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə operativ münasibətə və həssas yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıq edib. Onun ölkəmizin sürətli inkişafına yönəlmiş ardıcıl, məqsədyönlü və qətiyyətli siyasi kursunu hər zaman dəstəkləyəcəklərini vurğulayıblar.Vilayət Eyvazov rəislərə xüsus tapşırıqlar verdi



Ramil Usubov sakinləri qəbul edib
Daxili işlər naziri Gəncədə vətəndaşlarla görüşüb
Vilayət Eyvazov idarə rəislərinə tapşırıqlar verdi
Ramil Usubov Bərdədə vətəndaşları qəbul edib
Vilayət Eyvazov Lənkərana getdi
Ramil Usubov Şirvan şəhərində sakinlərlə görüşüb
Vilayət Eyvazovdan polislərə mühüm tapşırıq
Qeneral-polkovnik Ramil Usubov aprelin 28-də Göyşay şəhərində növbəti qəbul keçirib
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
Vilayət Eyvazovun daxili işlər naziri kimi İLK GÖRÜNTÜSÜ - VİDEO
Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ sakinlərinin diqqətinə
Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 