Çin Xarici İşlər Nazirliyi Çin əleyhinə fəaliyyət göstərənlərin müsbət imicini formalaşdırmaqla Honkonqda baş verən hadisələr haqqında yanlış məlumatlar yayan “Nyu York Tayms” qəzetinə xəbərdarlıq edib. ONN media xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin Honkonq xüsusi inzibati bölgəsindəki idarəsinin yaydığı bəyanatda qondarma “Honkonqun müstəqilliyi” radikal fikrini yayan, Çin mərkəzi hakimiyyətinə, Honkonq hökumətinə və polisinə ləkə atan Coşua Vonq və Aleks Çou adlı radikal şəxslər haqqında saxta müsbət xarakterli məqalələrin narahatlıq doğurduğu bildirilib. Bəyanatda ABŞ qəzetinin Honkonqda baş verən hadisələri səhv işıqlandırmasının mənfi nəticələr verə biləcəyi qeyd olunub, Çinin əleyhinə olan qüvvələr və “Honkonqun müstəqilliyi”nə çağıran radikal qruplar üçün platforma olan “Nyu York Tayms” bu insanları çoxluq kimi təqdim etməkdən belə çəkinmədiyi vurğulanıb. Bildirilib ki, qəzet Honkonqda dövlət və ictimai əmlakı zədələmək, polisə və günahsız insanlara hücum etmək kimi qanunsuz əməlləri yumşaq təqdim edir, gərgin fəaliyyət anlarında maksimum təmkin nümayiş etdirən asayiş keşikçilərini isə əsassız günahlandırır. Çin Xarici İşlər Nazirliyinin Honkonq xüsusi inzibati bölgəsindəki idarəsi “Nyu York Tayms” qəzetini Honkonq hadisələri barədə səhv mövqeyini təcili düzəltməyi və baş verənləri məsuliyyətli, obyektiv, bitərəf qaydada işıqlandırmağı tələb edib.(Azərtac)
Bu ölkədən "Nyu York Tayms"a XƏBƏRDARLIQ



Honkonqda iğtişaşlar - 31 nəfər...
Honkonqda koronavirusdan ilk ölüm hadisəsi qeydə alınıb
Çindən ABŞ-a: Dərhal bunu dayandır!
ABŞ-da korona xəstələri necə müalicə edilir?
Nyu Yorkda Azərbaycan bayrağı ucaldıldı
Tramp bu ölkəyə sanksiya hazırladı
NATO Rusiyaya cavaba hazırlaşır
Nyu-Yorkun adı dəyişdirildi - Amerikalılar ŞOKDA
Nyu Yorkda fövqəladə vəziyyət elan olundu
Türkiyə XİN-dən bu məsələyə reaksiya
Koronavirus buna görə yayılıb?- ŞOK
Britaniya ilə bağlı XƏBƏRDARLIQ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 