Hazırda Bakının metro parkında yeni gətirilənlərlə birgə 315 vaqon var. Bu sözləri ONN media-ya Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Bakı metro parkının yenilənməsi barədə danışarkən deyib. B.Məmmədov bildirib ki, bu il ərzində ölkəyə maksimum sayda yeni qatar gətirilib. İlin sonuna qədər Bakı Metropoliteninin xətlərində innovasiyalar baxımından 4-cü nəslə mənsub vaqonların sayı 55-ə çatdırılacaq: “Bu il 30 vaqon, qatar sayı ilə desək, 6 qatar alınmalı idi. Onlardan 20 vaqon və ya 4 qatar artıq xətdədir. Son iki qatar da keçən həftə gətirilib. Sazlama, tənzimləmə və sınaq işlərindən sonra sentyabr ayı ərzində xəttə buraxılacaq. Buna qədər 2015 və 2018-ci illərdə 5 qatar alınmışdı. Yeni gələnlərlə birlikdə müasir qatarların sayı 11-ə çatacaq”. B.Məmmədov bildirib ki, alınan vaqonlar 31 illik istismar müddətini baş vuranların yerinə buraxılır: “Köhnə qatarlar müvafiq qanunvericilik və normativlər əsasında silinir. Ölkəyə gətirilən və xəttə buraxılan 81-765.Б/766.Б modelli vaqonlar müasir dövrün tələblərinə uyğun olaraq, texnoloji innovasiyalar baxımından 4-cü nəslə aiddir. Bu vaqonların da istismar müddəti 30 ildir”. B.Məmmədov bildirib ki, hazırda metro parkında istismar müddətini başa vurmuş qatar yoxdur, xətdəki qatarlar yeni gətirilənlər və saz vəziyyətdə olanlardır: “Qatarlar istismar müddətini başa vurduqca yeniləri sifariş olunur. Bu il sifariş əsasında gətirilən qatarlarla metro parkı daha mükəmməl vəziyyətə salınıb. Hazırda metro parkı saz vəziyyətdədir”. Metropoliten sözçüsü bildirib ki, yeni qatarlar Bakı Metropoliteni üçün Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan Metrovaqonmaş ASC tərəfindən istehsal edilib.axar.az
Metro qatarlarımızın hamısı nə vaxt yenilənəcək? - Açıqlama



Bakıya iki yeni metro qatarı gətirildi
Metro istifadəçilərinə şad xəbər
Bakı metrosu 20 vaqon almağı təxirə salıb? – Rəsmi
Metro qatarları yenilənir - RƏSMİ
Rusiyadan alınan daha 2 metro qatarı Bakıya gətirildi
Bakı metrosuna yeni vaqonlar gətiriləcək - Bu tarixdə
Rusiyadan Bakıya 20 vaqon gətiriləcək - BU İL...
Rusiyadan alınan metro qatarı Bakıda
Bakı metrosundan istifadə edənlərə ŞAD XƏBƏR
Metro ilə bağlı əhaliyə ŞAD XƏBƏR
Şad xəbər: Metro üçün yeni vaqonlar gəldi
Metroda qatar niyə gecikib? - AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 