Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib. ONN media xəbər verir ki, görüşdə terrorçuluq və ekstremizmlə mübarizə məsələləri, habelə iki ölkə arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. R.Usubovu hazırkı vəzifəyə təyin olunması münasibətilə təbrik edən qonaq iki ölkə arasında təhlükəsizlik şuraları və güc qurumları xətti ilə əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirib. “İki ölkənin bir sıra nazirlik və idarəçilərin ekspertləri arasında keçirilən məsləhətləşmələr zamanı terrorçuluq və ekstremizmlə mübarizə sahəsində qanunların təkmilləşdirilməsinə, habelə inmformasiya təhlıükəsizliyinin təmin olunmasında əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib”, - deyə Rusiya Təhlükəsizlik Şurasının məlumatında qeyd olunub. Rusiyalı qonaq həmçinin iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın da sürətlə inkişaf etdiyini deyib. O, Rusiya-Azərbaycan dövlət sərhədində müştərək infrastruktur layihələrinin və hərbi-texniki əməkdaşlığın daha da inkişaf etdirilməsinin də əhəmiyyətini vurğulayıb.
Ramil Usubov Nikolay Patruşevlə görüşdü



Usubov Moskvada həmkarı ilə müqavilə imzaladı
Petruşov Bakıya gəlir
Ramiz Mehdiyevlə Patruşev arasında mühüm görüş
Prezident Rusiya Təhlükəsizlik Şurasının katibini qəbul etdi
Prezident Ramil Usubovla görüşdü
Ramil Usubov Moskvada toplantıda iştirak edir
Ramil Usubov özbək həmkarı ilə görüşdü
Bakıda Serbiya Milli Təhlükəsizlik Şurasının katibi ilə mühüm görüş
Rusiya 5 ölkənin Təhlükəsizlik Şurasını toplayır - KRİTİK GÜN
Ramil Usubov Təhlükəsizlik Şurasının katibi postunda kimi əvəz etdi?
Ramil Usubovun təyin olunduğu qurum hansı işləri görür?
Putinlə Baydenin görüşünə hazırlıq: Müzakirə...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 