İyulun 11-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş üç şikayət üzrə qərarını açıqlayıb.
ONN media xəbər verir ki, məlumatı hüquqşünas Xalid Ağalıyev yayıb.
Şikayətçilər İxtiyar Abdalov, İbrahim Əhmədzadə və Tariyel Şirinlidir. Onlar 2010-cu ilin parlament seçkisi zamanı deputatlığa namizəd olublar (Bakı, Sumqayıt şəhərlərindən və İmişli rayonundan), amma seçkidə iştiraka gec buraxılıblar.
Seçki komissiyaları onların namizədlik üçün topladıqları imzaları saxta hesab edib. İxtiyar Abdalov, İbrahim Əhmədzadə və Tariyel Şirinli məhkəməyə üz tutublar.
Məhkəmə onların iddialarını təmin edərək seçkiyə qatılmalarına razılıq verib. Ancaq namizədlik sənədi seçki gününə bir neçə gün qalmış təqdim edildiyindən kampaniya apara bilməyiblər. Onların iddialı olduqları seçki dairələrində səsvermənin başqa tarixə keçirilməsi tələbləri isə rədd olunub.
Şikayətçilər deputat seçilə bilməyiblər.
Avropa Məhkəməsi İxtiyar Abdalov, İbrahim Əhmədzadə və Tariyel Şirinlinin hər birinin seçki hüququnun pozulduğu qənaətinə gəlib.
Məhkəmənin qərarına əsasən, Azərbaycan hökuməti şikayətçilərin hər birinə 7500 avro məbləğində təzminat verməlidir.
Bundan başqa İxtiyar Abdalovun vəkilinə 1400, İbrahim Əhmədzadə və Tariyel Şirinlinin vəkillərinin hər birinə isə 2200 avro ödənməlidir.



Ermənistanın Azərbaycana qarşı vəsatəti rədd edilib
MSK 72 saylı seçki dairəsi ilə bağlı şikayəti RƏDD ETDİ
Bu seçki məntəqələrinin nəticələri ləğv edilib
Avropa Məhkəməsindən Ermənistana "şillə kimi" cavab
MSK bu məntəqələrdə seçkilərin nəticələrini LƏĞV ETDİ
SON DƏQİQƏ: seçkilərin nəticələri ilə bağlı QƏRAR VERİLDİ
Deputatlığa namizədlərin nəzərinə
Prezident seçkiləri ilə bağlı iclas keçirilir
Bu gün Azərbaycanda "sükut günü"dür
YSK seçkiləri niyə ləğv edildi- AÇIQLAMA
Deputatlığa namizəd olmaq istəyənlərin nəzərinə!
Xaçaturyanla bağlı müraciət rədd edildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 