Xəbər verdiyimz kimi, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton istefaya göndərilib. ONN media xəbər verir ki, Trampın tvitter hesabında yazdığına görə, ötən axşam Boltona məlumat verib ki, Ağ Ev onun xidmətlərinə daha ehtiyac duymur. “Mən administrasiyanın başqa əməkdaşları kimi, onun təkliflərinin çoxu ilə qəti surətdə razı deyildim”, - ABŞ prezidenti yazıb. Prezident xidmətə görə Boltona təşəkkür edib və dəqiqləşdirib ki, gələn həftə milli təhlükəsizlik üzrə yeni müşavirinin adını açıqlayacaq. Qeyd edək ki, Bolton administrasiyada “müharibə partiyası”nın əsas simalarından hesab olunurdu. Siyasətçi 2003-cü ildə İraqa müdaxilənin əsas tərəfdarlarından biri idi. Bolton 2005-2006-cı illərdə ABŞ-ın BMT yanında daimi nümayəndəsi işləyib. Tramp 2018-ci ilin martında onu milli təhlükəsizlik üzrə müşavir postuna təyin etmişdi.
Bolton niyə istefaya göndərildi? - SƏBƏBİ AÇIQLANDI



Honkonqa XƏBƏRDARLIQ- İtirə bilərsiniz
Con Boltonu o əvəzləyəcək
İbrahim Kalın və Con Bolton telefonda danışdı
ABŞ İranı hədələdi - Artıq...
ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Azərbaycana gəlib
Tramp Boltonu işdən azad etdi
Kim Çenn nüvə silahından imtina etməyəcək və...
Maduro-Putin anlaşması: ABŞ narahatdır
Trampın müşaviri Azərbaycana gəlir
Boltondan Trampla bağlı ŞOK QEYD
Bolton Türkiyə və Rusiyanı hədələdi
ABŞ-dan Putinə sərt ismarıc
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 