Bəhram Bağırzadənin yeni kitabı erməni mətbuatını, xüsusilə Azərbaycana qarşı təbliğat aparanları ciddi narahat edib. Kult.az xəbər verir ki, Moskvada hər il keçirilən kitab yarmarkasında Bəhram Bağırzadənin kitabı ilə tanış olan erməni jurnalist burada yazılanların hamısının “saxta olması”nı müxtəlif faktlarla sübut etməyə çalışıb. Müəllif 32 səhifəlik “Uşaqlar üçün Şuşa” kitabının rəngarəng olmaqla bərabər, guya uşaqlar üçün “zəhərli” olduğunu da iddia edib. Erməni müəllifi “Parni iz Baku” üzvünün kitabında ilk növbədə Şuşa ilə bağlı yazılan informasiyalar narahat edib. Belə ki, Şuşanın Azərbaycan torpağı olmasını qəbul etməyən erməni müəllif hətta daha da irəli gedərək, Bağırzadəni niyə Şuşanı ermənilərin tikməsiylə bağlı bir söz belə işlətməməkdə “günahlandırıb”. Bununla bərabər erməni mətbuatı guya kitabda yer alan Pənahəli xan Cavanşirin və ümumiyyətlə, Cavanşirlərin Azərbaycanla, Qarabağla əlaqəsinin olmadığı haqda həyasız iddia da səsləndirib. Daha sonra kitabda Qarabağda muğamdan bəhs edən Bəhramı yenə hədəf götürən ermənilər bu dəfə də muğamın Azərbaycana aid olmadığını bildiriblər və daha çox Şərqin və Kiçik Asiyanın “məhsulu” adlandırıblar. Azərbaycanın tarixini fars tarixi ilə müqayisə edən müəllif Nizami, Qacarlar, Şuşa məscidinin farslarla bağlı olduğunu və indi də məhz bu məscidin real iranlılar tərəfindən restavrasiya edildiyini bəyan ediblər. Qeyd edək ki, B.Bağırzadənin “Parni iz Baku”dan məşhurluğu kitabın Rusiyada populyarlığını stimullaşdırır ki, bu da həqiqətlərin yayılmasında rol oynayır. Bu fakt isə erməniləri həddən artıq narahat edib.
Bəhram Bağırzadə ermənilərə OD QOYDU: Şuşa...



Bəhram Bağırzadənin anası da koronavirusa YOLUXDU
Bəhram Bağırzadənin son durumu... - Açıqlama
Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA
Bəhram Bağırzadə koronavirusa YOLUXDU
Bəhram Bağırzadənin səhhəti ilə bağlı son xəbər - Bütün ailə üzvləri...
Bəhram Bağırzadəyə qarşı dələduzluq edildi - FOTO
Erməni ağını çıxartdı: “Bayraqdar”ı da biz yaratmışıq
Tiflis də erməni şəhəridir - Akopcanyan
Bəhram Bağırzadə ilə bağlı həkimlərdən SON AÇIQLAMA
DİN-dən Bəhram Bağırzadənin ironik videosuna reaksiya
Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışdı
Bəhram Bağırzadədən ŞAD XƏBƏR: Evə buraxıldı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 