Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. ONN media bildirir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib. 1997-ci il təvəllüdlü İsmayılov Abdulla Nemət oğlu idarə etdiyi "Fiat" markalı avtomobillə Qala-Pirallahı avtomobil yolunda hərəkətdə olarkən yolu keçən, şəxsiyyəti məlum olmayan 65-70 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.Bakıda "Fiat" 70 yaşlı kişini vurub öldürdü

