Xalq artistləri Ağakişi Kazımov, Azər Zeynalov, Valeh Kərimov, Ötkəm İsgəndərov, Nadir Xasıyev və ümumilikdə 30 müəllimin Mədəniyyət və İncəsənət Universitetindən qovulması barədə məlumat yayılıb. İddia olunub ki, müəllimlər incidilib və öz ərizələri ilə universitetdən getməyə məcbur edilib. Mədəniyyət və İncəsənət Universitetin mətbuat xidməti şöbəsindən ONN media-ya verilən verilən məlumata görə, xəbər həqiqəti əks etdirmir və heç bir müəllim işdən çıxarılmayıb. Məlumatı dəqiqləşdirmək üçün adı çəkilən şəxslərlə əlaqə saxladıq. Xalq artisti Azər Zeynalov məlumatı təkzib edib və əlavə edib ki, işdən təxminən 3 il əvvəl işdən çıxıb: “Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi yeni kafedra yaradırdı, məni kafedra rəhbəri kimi işə dəvət etmişdi. Odur ki, özüm ərizə yazıb universitetdən getdim və Konservatoriyada çalışmağa başladım”. Xalq artisti Valeh Kərimov də qeyd edib ki, o, 5 il əvvəl işdən yaşı ilə əlaqədar ayrılıb: “Yalan söhbətdir, bunu niyə indi yazıblar, hardan yadlarına düşüb. Yaşıma görə işdən çıxmışam. Adları çəkilən bir çox Xalq artistləri də məndən əvvəl işdən çıxıb. Sadəcə panika yaradırlar”. Qeyd edək ki, bu barədə ilkin informasiyanı BakPost yayıb.
Xalq artistləri işdən çıxarılıb? - AÇIQLAMA



AzTV-də yeni QADAĞA
Xalq artisti istefa verdi
Valeh Kərimova yüksək vəzifə verildi
Xalq artisti Siyavuş Kərimi koronavirusdan sağalıb
Məşhur aktyorlar işdən niyə çıxarıldı?
Xalq artisti vəfat etdi
Nazir bu xəbəri TƏKZİB ETDİ- İşdən çıxarılmayıb
Ramiz Əzizbəyli son mənzilə yola salındı
İlkin Həsəni yazdığı statusa görə işdən çıxarılıb? — AÇIQLAMA
Mədəniyyət naziri Akademik Milli Dram Teatrının yaradıcı heyəti ilə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 