Bakının məşhur ailəvi restoranlarından olan “Oazis”də söküntü-bərpa işləri sürətlənib. ONN media xəbər verir ki, restoranın qapısı birdəfəlik qapadılıb. Sentyabrın 2-də restoranda sonuncu ad günü, toy, nişan mərasimləri baş tutub. Məlumat verdiyimiz kimi, restoranın sahibi Hacı Mirtalıb Miroğlu restoranını məşhur marketlər şəbəkəsinə satıb. Restoranın yerində dəqiq hansı market olacağı hələlik tam bəlli olmasa da, burada "Azərbaycan Supermarket" MMC-yə məxsus “Bravo” supermarketinin fəaliyyət göstərəcəyi iddia edilir. Restoranın binasında xaricdən hələlik heç bir dəyişiklik edilməyib. Hətta binanın üzərində olan “Oazis” yazısı da qalıb. 8-ci mikrorayon ərazisi, Şövkət Məmmədov küçəsində böyük bir ərazini əhatə edən restoranın alkopanla örtülü olan divarları da hələlik saxlanılıb. Kənardan restoranda hansı işlərin aparıldığı məlum olmur. Hazırda restoran binasının tavanında işlər gedir. Bu məqsədlə binanın tavanı sökülüb, restoranın içinə tikinti işləri ilə əlaqədar materiallar daşınıb. Gün ərzində tikilidə işlər dayanmadan davam edir. İşlər təmizlik gözlənilməklə və səliqəli şəkildə aparılır. Məlumata görə, daxildəki rekonstruksiya tam başa çatdıqdan sonra tikilinin xarici görüntüsü yenilənəcək.
“Oazis”i belə sökürlər



“Oazis” restoranı söküldü
Məşhur restoran sökülür
Müştəri restorana şam yeməyinə görə 200 minlik hesab ödədi - ŞOK DÜŞDÜ
"50 qəpik" restoranı bağlandı
Restoran yolu zəbt etdi, BNA işə qarışdı
Azərbaycanlı iş adamının restoranı YANDIRILDI
Bakıda məşhur restoranın parkinqində insident
Bakıda restoranda yanğın - 10 nəfər təxliyə edilib
Bakıda güclü külək restoranın damını uçurdu
SON DƏQİQƏ: Bakıda məşhur restoran YANIR
"MC Donals" yeni adla Rusiya bazarında
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 