Dünyanın 156 ölkəsində iqlim tətilləri keçirilir. Təşkilatçılar sentyabrın 20-dən 27-dək dünyanın 156 ölkəsində 5,2 min iqlim tətilinin keçiriləcəyi haqda bəyan ediblər.
ONN media xəbər verir ki, bu barədə iqlim müdafiəsi uğrunda tətil hərəkatının yaradıcısı Qreta Tunberq özünün Tvitter hesabında məlumat yayıb.
İsveçli məktəbli Tunberq ötən il məktəbdə dərs keçmək əvəzinə hakimiyyət orqanlarından iqlim dəyişmələrinə qarşı mübarizə tədbirlərini gücləndirmək tələbi ilə İsveç parlamentinin qarşısına gəlib. Tunberqin təşəbbüsü “FridaysForFuture” - beynəlxalq cümə günləri hərəkatına çevrilib. İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupunun rəyinə görə, bəşəriyyət istiləşmənin azı 1,5 dərəcədən yuxarı qalxmamasından ötrü karbon tullantılarını əhəmiyyətli dərəcədə azaltmalıdır. Lakin indiyədək yalnız 12 ölkə tullantıların azaldılması üzrə öhdəliklərini rəsmi şəkildə təsdiqləyiblər.
“Qlobal iqlim tətilləri sentyabrın 20-dən 27-dək keçiriləcək: 156 ölkədə 5225 aksiya”, - deyə məlumatda bildirilir.
“FridaysForFuture” hərəkatının fərziyyəsinə görə, ən irimiqyaslı aksiyalar ABŞ və Avropada keçiriləcək.
İqlim tətilləri Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkda sentyabrın 23-də işə başlayacaq iqlim sammitinə həsr olunur. Sammitdə ölkə rəhbərləri qlobal istiləşmənin qarşısının alınması üzrə fəaliyyəti müzakirə edəcəklər.



Alimlərdən ŞOK İDDİA: İqlim dəyişmələrinin səbəbi...
ABŞ Paris sazişinə qayıtdı
Şuşada daha bir mühüm tədbir keçiriləcək
Bakı daha bir tədbirə ev sahibliyi edəcək
ABŞ rəsmən geri çəkildi
Xəstəliklərin sayı niyə artır?- Nazir açıqladı
Elon Mask 100 milyon dollarlıq yarışmanın əsas şərtini açıqladı
Mart ayında 21 dərəcə isti olacaq
İyunda temperatur 39 dərəcəyə çatacaq
Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVA
May ayında hava necə olacaq?
Sentyabrın hava proqnozu açıqlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 