Ukrayna Prezidenti Vladimir Zelenski “Ölkə prezidentinin vəzifədən uzaqlaşdırılmasının (impiçment) xüsusi proseduru haqqında” qanunu imzalayıb. ONN media xəbər verir ki, bu barədə Ali Radanın rəsmi saytında məlumat yerləşdirilib. Sənədə əsasən, parlament prezident tərəfindən törədilən dövlətə xəyanət və ya digər cinayət faktlarının araşdırılması üçün xüsusi müvəqqəti istintaq komissiyası yaradacaq. Prezident də öz növbəsində müdafiəçilərin xidmətlərindən istifadə edə bilər.
Həmçinin, iclasda dövlət sirri açıqlanmayacağı təqdirdə impiçment dinləmələri açıq olmalıdır. Ali Rada prezidenti ittiham etmək qərarına gəldikdən sonra parlament prezidentin hərəkətlərinin hüquqi keyfiyyətləri və onun hərəkətlərində cinayət əlamətlərinin olub- olmadığını araşdırmaq və dövlət başçısının vəzifəsindən uzaqlaşdırılması barədə qərarın verilməsi üçün Konstitusiya və Ali məhkəməyə müraciət edəcək. Qeyd edək ki, sentyabrın 10-da Ali Rada “Ölkə prezidentinin vəzifədən uzaqlaşdırılmasının (impiçment) xüsusi proseduru haqqında” (№ 1012) qanun layihəsini təsdiqləyib. Xatırladaq ki, V. Zelenski prezident seçkiləri kampaniyası dövründə Ukrayna Prezidentinin impiçmenti haqqında qanunun qəbul olunacağını vəd etmişdi.Zelenski impiçment haqda qanunu imzaladı



“Ukrayna qanunvericiliyinin sovetsizləşdirilməsi haqqında” qanunu imzalayıb
Qırğızıstan parlamenti prezidenti impiçment edir
Zelenskiyə impiçment elan edilə bilər
Zelenski onu 2 aylıq vəzifədən kənarlaşdırdı
Zelenskiyə qarşı impiçment proseduru başlayır
Tramp nədən çəkinir?
Trampdan ilk açıqlama
Baydenə impiçment elan olundu - Trampınkı isə...
Zelenski artıq yorulub - Ukrayna prezidenti ilə bağlı ŞOK ETİRAFLAR
Trampın impiçment məsələsinə baxılır - QƏRAR GÖZLƏNİLİR
Zelenskidən Aİ ilə bağlı vacib qərar
Zelenski Türkiyəyə gəlir – Səbəb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 