Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası AZZA QSC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edib. ONN media xəbər verir ki, Səbail Rayon Məhkəməsi Palatanın protokoluna əsasən, AZZA-nın 45535 manat məbləğində cərimə edilməsi barədə qərar çıxarıb. Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilib. Şirkət inzibati xətanın bilavasitə obyekti olmuş 9606645,71 rubl valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, 1921329 rubl, yəni 45535 manat məbləğində inzibati cərimə olunub. Səbail Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb və qüvvədə saxlanılıb. Qeyd edək ki, 2008-ci ildə yaradılan AZZA QSC şirniyyat və spirtli içki satışını həyata keçirən mağazalar şəbəkəsidir. Hazırda 67 mağazası fəaliyyət göstərir.
AZZA 45 min manat cərimələdi



"Kontakt Home" cərimələndi
Azərbaycan Dəmir Yolları QSC cərimələndi
Vasif Talıbova daha bir zərbə
Mərkəzi Bank azərbaycanlı milyarderi məhkəməyə verdi
DYP bu dövlət qurumunu cərimələdi
“Araz Supermarket” cərimələndi
Nazirlik bu dərman firmasını məhkəməyə verdi
Səhiyyə Nazirliyi dərman firmasını məhkəməyə verdi
Maska taxılmamasına görə cərimələr qüvvəyə mindi
Maska taxmamağa görə cərimələr artırıldı
Azərbaycanda bu şəxslər 50 min manat cərimə ediləcək
Maska taxmamağa görə cərimələrlə bağlı qanun qəbul edildi
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 