Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Sabirabad rayon şöbəsinin müdiri Bayram Mikayılov vəzifəsindən azad edilib. Unikal.org-un əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev şöbə rəisini vəzifəsindən azad etmək barədə əmr imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov Unikal.org-a xəbəri təsdiqləyib. O, bildirib ki, Bayram Mikayılov vəzifə səlahiyyətlərinin icrası zamanı kobud nöqsanlara yol verdiyinə görə tutduğu vəzifədən azad edilib. Aşkarlanmış fakta hüquqi qiymətin verilməsi üçün material Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib. Məlum olub ki, Sabirabad rayonunda may ayında təyin olunmuş və ödənişi aparılan pensiya işlərinin araşdırılması zamanı 31 halda pensiya işində qanun pozuntuları müəyyən edilib. Qeyd edək ki, B.Mikayılov DSMF-nin Saatlı rayon şöbəsinin müdiri vəzifəsində çalışarkən yaşlı kişinin təhqir etməsi, daha sonra paytaxtın Xətai rayonunda arvadı Gülnarə Cəbrayılovanı mübahisə zəminində bıçaqlaması ilə gündəmə gəlmişdi. Gülnarə Cəbrayılova Laçın rayonunun keçmiş icra başçısı Ramiz Cəbrayılovun qardaşı qızıdır. https://www.youtube.com/watch?v=1CVqByrDWbc
Nazir qalmaqallı məmuru işdən çıxardı - VİDEO



Nazirliyin vəzifəli şəxsləri barəsində cinayət işi açıldı
Azərbaycanda iki vəzifəli şəxs işdən çıxarıldı
Sahil Babayev ona yeni vəzifə verdi
Deputat seçilən 5 məmur işdən ÇIXARILDI
Naxçıvanda yeni vəzifəyə təyinat olub
Dövlət Sosial Müdafiə Fonduna yeni müdir təyin edildi
Kərimov sabiq nazirin dayısını niyə işdən çıxardı?
Pensiya alanların NƏZƏRİNƏ
Azərbaycanda DAHA BİR HƏBS: Sabiq xidmət rəisi TUTULDU
Nazir müavini vəzifəsindən azad edildi
Elman Cəfərov vəzifəsindən azad edildi
Siyavuş Novruzovun qardaşı vəzifədən AZAD EDİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 