Prezident İlham Əliyev Fransa Prezidenti Emmanuel Makrona başsağlığı verib. Başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Fransa Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı xəbəri məni olduqca kədərləndirdi. Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin inkişafında və möhkəmləndirilməsində Jak Şirakın böyük xidmətləri olmuşdur. Prezident Heydər Əliyevi Prezident Jak Şirak ilə möhkəm dostluq münasibətləri bağlayırdı. Onların görüşləri, aparılmış müzakirələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf xəttini müəyyən etmişdir. Prezidentlərin birgə səyləri sayəsində Azərbaycan ilə Fransa arasında dostluq və əməkdaşlıq münasibətləri böyük inkişaf yolu keçmişdir. Prezident Jak Şirakla çoxsaylı görüşlərimi ən xoş təəssüratlarla xatırlayıram. Bu görüşlər Azərbaycan-Fransa əlaqələrinin hərtərəfli inkişafına mühüm təkan vermişdir. Azərbaycan-Fransa münasibətlərinin inkişafında xüsusi xidmətlərinə görə Jak Şirak ölkəmizin ən yüksək ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif olunmuş və bu orden mənim tərəfimdən Jak Şiraka təqdim edilmişdi. Bu ağır itkinin kədərini bölüşür, şəxsən öz adımdan və Azərbaycan xalqı adından Sizə, bütün Fransa xalqına, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirəm.
İlham Əliyev Emmanuel Makrona başsağlığı verdi



İlham Əliyev və xanımı Fransa səfirliyində
Prezident və xanımı Jak Şirakın vəfatı ilə əlaqədar başsağlığı verdi
İlham Əliyev italiyalı həmkarına başsağlığı verdi
Baş nazirdən Jak Şirakın ölümü ilə bağlı - Paylaşım
Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb
İlham Əliyev İsrail Prezidentinə başsağlığı verdi
Prezident Fransa Senatının Fransa-Qafqaz dostluq qrupunun sədrini qəbul etdi
İlham Əliyev Makrona məktub göndərdi
İlham Əliyev Fransa XİN-in Şərq Tərəfdaşlığı üzrə səfirini qəbul etdi - YENİLƏNDİ
İlham Əliyev BƏƏ-nin Bakıdakı səfirliyində olub -YENİLƏNİB
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Azərbaycan səfirindən Makrona TUTARLI CAVAB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 