Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan işğal olunmuş Azərbaycan ərazilərinə gəlib. ONN media xəbər verir. Məlumata görə, onu Qarabağdakı erməni kilsəsinin arxiyepiskopu Parqev Martierosyan Azərbaycan torpaqlarına dəvət edib. Bu barədə keşiş özü məlumat verib. “Mən Vanetsyanı dəvət etmişəm, çünki onu çoxdan tanıyıram, oğlumun dostudur”, - Martirosyan deyib. Vanetsyanın Qarabağ separatçıları ilə görüşlər keçirib-keçirməyəcəyinə gəldikdə, P.Martirosyan bu barədə məlumatsız olduğunu deyib. Xatırladaq ki, son günlər Vanetsyanla Nikol Paşinyan arasında gərginlik hökm sürür. Baş nazirin onun barəsində səsləndirdiyi ittihamlara cavabında sabiq məmur daha kəskin fikirlər səsləndirmişdi. “İstefama baxmayaraq, o, hələ də mənim yanıma adamlar göndərib, bir müddət səssiz qalmağımı istəyir. Lakin mən görürəm ki, o növbəti dəfə razılaşmanı pozub başa düşülməyən və mahiyyətcə populist bəyənatlarla çıxış edir. Xatırlatmaq istəyirəm ki, sülh şəraitində ölkənin Baş naziri Silahlı Qüvvələrin Ali baş Komandanı sayılmır. Çox təəssüf ki, Paşinyan bu qədər irəli gedib. Zaman göstərəcək kim və yaxud nə zibil qutusunda olacaq”, - deyə A.Vanetsyan demişdi. Qeyd edək ki, N. Paşinyan Los Ancelesdə keçirdiyi mətbuat konfransında A. Vanetsyanı öz Ali Baş Komandanına qarşı çıxmaqda ittiham edib. Bildirib ki, bu zabit şərəfinə ləkədir. N. Paşinyanın sözlərinə görə, Vanetsyan bununla da zabit poqonlarını zibil qutusuna atıb. Belə görünür ki, Vanetsyan Qarabağ klanının arxasında gizlənmək istəyir.
Paşinyanın "düşmən"i Azərbaycana gəldi



Vanetsyan elan etdi: Qarabağ razılaşmasına qarşı...
Ermənistan prezidenti Dağlıq Qarabağa niyə getmədi?
Bəzi avtobusların hərəkət trayektoriyası dəyişəcək
Koçaryan barəsində yeni cinayət işi açıldı
Paşinyandan növbəti TƏXRİBAT- Cəbhə xəttinə gəldi və...
Bakının əlində Paşinyanın video faktları var – Ermənistan ŞOKDA
Apellyasiya Məhkəməsi Koçaryana qarşı qərar çıxardı
Dağlıq Qarabağda heç bir erməni tarixi irsi yoxdur- İlham Əliyev
Paşinyanın açıqlaması Ermənistana ŞOK YAŞATDI
İlham Əliyevlə Paşinyan görüşdü
Ermənistan MTX-nin sabiq direktoru İNTİHAR ETDİ
Paşinyan separatçılara tapşırıq verdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 